"Ümid" SİD "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü" layihəsinin icrasını uğurla davam etdirir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi, Bakı şəhəri üzrə Təhsil İdarəsi və Təhsil İnstitutunun texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü" layihəsi çərçivəsində Suraxanı rayonu Hövsan icmasında 14-19 oktyabr 2022-ci il tarixi ərzində silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, hədəf icma ilə ilkin tanışlıq və layihə çərçivəsində əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədi ilə Hövsan qəsəbəsində fəaliyyət göstərən Mehdi Mehdiyev adına 280 saylı tam orta məktəbində görüş keçirilmişdir. Görüşdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, "Ümid” SİD İB-in İcraçı Direktoru İsrayıl İsgəndərov, Layihə rəhbəri Əflatun Verdiyev, yerli Bələdiyyə sədri, İcra Nümayəndəsinin müavini və məktəb rəhbərliyi iştirak etmişlər. Tədbirdə iştirakçılara icra edilən layihə barədə ətraflı məlumatlar verilmiş, hədəf icmada məktəb-icma münasibətlərinin araşdırılması istiqamətində planlaşdırılan fəaliyyətlər müzakirə edilmişdir.
"Ümid" SİD "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü" layihəsinin icrasını uğurla davam etdirir