An IDP community in Yevlakh selects its Development Council within the Community Mobilization project of UNHCR

An IDP community in Yevlakh selects its Development Council within the Community Mobilization project of UNHCR
As part of the project titled "IDP Community Mobilization and Capacity Development in Mingachevir, Goranboy, and Yevlakh,” which is funded by the United Nations High Commissioner for Refugees (UNHCR) and carried out by "Umid” Support to Social Development Public Union, a gathering was held in Malbinəsi community in Yevlakh district to select members for Community Development Council on April 5, 2023. The project staff from "Umid” SSD PU, the Deputy Executive Representative of Malbinəsi, and community members attended the meeting (50 people: 22 women, 28 men). At the gathering, the staff members from "Umid" SSD PU briefed the attendees on the project, as well as the duties of CDC members and the selection process. The community members proposed 9 candidates for CDC membership, acclaiming their ability, initiative, and activity in addressing local issues. An open vote was taken on each candidate during the meeting, and 9 people (4 women and 5 men) were selected as members of CDC.

BMT QAK-ın icma səfərbərliyi layihəsi çərçivəsində Yevlax rayonunda İcma İnkişaf Şurasının seçim yığıncağı keçirilib

BMT QAK-ın icma səfərbərliyi layihəsi çərçivəsində Yevlax rayonunda İcma İnkişaf Şurasının seçim yığıncağı keçirilib
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin icra etdiyi "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və Bacarıqlarının artırılması” layihəsi çərçivəsində 5 aprel 2023-cü il tarixdə Yevlax rayonu Malbinəsi icmasında İcma İnkişaf Şurasının seçimi məqsədilə ümumi yığıncaq keçirilib. Yığıncaqda "Ümid” SİD İB-nin əməkdaşları, Malbinəsi İcra Nümayəndəsinin müavini və icma üzvləri iştirak edib (50 nəfər: 22 qadın, 28 kişi).  Tədbirdə "Ümid” SİD İB-nin əməkdaşları layihə barədə iştirakçılara məlumatlar vermiş, İİŞ üzvlərinin seçim meyarları və öhdəliklərini açıqlamışlar. İcma üzvləri icma problemlərinin həllində təşəbbüskarlıqları ilə fərqləndiklərini, bacarıqlı və fəal olduqlarını bildirdikləri 9 nəfərin İİŞ üzvlüyünə namizədliyini irəli sürmüşlər. Yığıncağın davamında hər bir namizəd açıq səsverməyə çıxarılmış və səs çoxluğu ilə 9 nəfər (4 qadın, 5 kişi) İİŞ üzvlüyünə seçilmişdir. 

7 April is World Health Day

7 April is World Health Day
April 7 of each year marks the celebration of World Health Day. From its inception at the First Health Assembly in 1948 and since taking effect in 1950, the celebration has aimed to create awareness of a specific health theme to highlight a priority area of concern for the World Health Organization.
The history of World Health Day is directly linked to the formation of the World Health Organization. The World Health Organization is an agency of the United Nations that focuses on the public health of the world at large. The WHO has a constitution that countries involved in the United Nations had an opportunity to sign, and unanimously did, agreeing to the tenets laid out within to promote the general health of the globe.

 

Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür

Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. Bu gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradır. İctimaiyyətin diqqəti Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunub və müxtəlif şüarlar altında keçirilib: "Fəallıq uzun ömür yaşamağa aparan yoldur", "Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək", "Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq", "1000 şəhər – 1000 həyat" və s. Son illər həmin gün "Kiçik sancma böyük təhlükə mənbəyidir”, "Qida məhsullarının təhlükəsizliyi”, "Diabetə qalib gələk”, "Depressiya: gəlin danışaq" şüarları altında keçirilib.


İsrayıl İsgəndərov: Nəsillər və Nəsillər nəzəriyyəsi nədir?

İsrayıl İsgəndərov: Nəsillər və Nəsillər nəzəriyyəsi nədir?
"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı direktoru, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Cənab İsrayıl İsgəndərovun həmin kollecin Davamlı təhsil və təlim şöbəsinin müdiri Sevinc xanım Hacıyeva ilə birlikdə "Nəsillər nəzəriyyəsi" adlı məqaləsi "Azərbaycan müəllimi" qəzetinin 07 aprel 2023-cü il tarixli 13№-li nəşrində dərc olunub.
Məqalədən çıxarış:
"Nəsillər - bir xronoloji zaman aralığında anadan olan, analoji şərtlərdə yaşayıb böyüyən ictimai insanlar qrupudur. Nəsillər nəzəriyyəsi - tarixdə zaman dövrlərinə xas olan xüsusiyyətlərin, həmçinin müəyyən xronoloji zaman aralıqlarında anadan olan insanların dünyagörüşünün təsviridir. Nəsillər nəzəriyyəsinin yaranmasına təsir edən amillərdən biri də dünyada yaşanan iqtisadi "yelləncək"dir: stabillik, defolt, inflyasiya, yüksəliş, pandemiya və s. Hər bir zaman hadisəsindən sonra insanların adət etdikləri komfort səviyyəsi dəyişir, ixtisas sahələri yaranır və yox olur, cəmiyyətin nəyəsə tələbatı artır və ya azalır..."