Today Marks National Music Day in Azerbaijan
Tarix: 18-09-2023, 21:31
Today, Azerbaijan celebrates National Music Day on September 18th, marking the birthday of the renowned Uzeyir Bey Hajibeyov, a luminary in our musical culture. This day is a cherished occasion for both music enthusiasts and our entire nation, as Uzeyir Bey's immortal art holds a special place in every Azerbaijani's heart. The tradition of honoring the great composer's birthday as a holiday was established by the maestro Niyazi, who continued to celebrate it annually even after Uzeyir Bey's passing.
In 1995, President Heydar Aliyev decreed that September 18th should be celebrated as National Music Day, aligning with the 110th anniversary of the composer's birth. Uzeyir Hajibeyov made groundbreaking contributions to the world of music, including pioneering the art of opera in Azerbaijan and the broader Muslim East with "Leyli and Majnun" in 1908. He also introduced the musical comedy genre, with works like "Husband and Wife," "O Olmasin, Bu Olsun," and "Arshin Mal Alan," which vividly depicted Azerbaijani life and traditions of his time.
Uzeyir Bey enriched our national musical heritage with innovative genres and forms, notably the masterpiece opera "Koroglu," a gem in the global musical treasure trove. He composed the national anthems for both the Azerbaijan Democratic Republic and the modern Azerbaijan Republic. Additionally, Uzeyir Bey laid the foundations for musicology and music education and played a pivotal role in advancing musical culture throughout his life. He nurtured the modern school of composition, striving for it to be on par with the world's leading schools.
The musical masterpieces crafted by this genius composer have gained worldwide recognition, solidifying Uzeyir Bey's legacy as "the father of professional Eastern music." His unparalleled contributions have left an indelible mark on Azerbaijani and global music culture. UNESCO even celebrated the 100th anniversary of Hajibeyov's birth as an international event, honoring his enduring influence.
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Tarix: 18-09-2023, 21:29
Sentyabrın
18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi
Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin
deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı
tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə
hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd
edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar
və dirijor Niyazi Üzeyir bəyin
vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün
musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda
ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin
fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi
ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara
alınmışdır. Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z.
Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə
Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını
qoymuşdur. O, həm də Azərbaycanda musiqili komediya janrının
yaradıcısıdır. Ü. Hacıbəyovun "Ər və arvad", "O olmasın, bu olsun",
"Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məişəti,
xalq adət və ənənələri öz əksini tapmışdır. Ü. Hacıbəyov milli musiqi
xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o
cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi
xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını
bəstələmişdir. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni
Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir.
Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və
ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik etmişdir.
O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl
dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına
çalışmışdır. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti
qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur.
Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası"
adlandırmışlar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında
misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik
yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur.