32 years have elapsed since the Armenian genocide in Khojaly, Azerbaijan

32 years have elapsed since the Armenian genocide in Khojaly, Azerbaijan

On the night of February 25-26, 1992, Armenian military units, with the assistance of Russia's 366th motorized rifle regiment, invaded the city of Khojaly and perpetrated genocide against its civilian population, primarily Azerbaijanis. On February 25, 1992, the Armenian armed forces attacked Khojaly, utilizing armored vehicles and personnel from the 366th motorized rifle regiment stationed in Khankendi during the USSR era. Approximately 2,500 residents attempted to flee towards Aghdam, but ambushes set by Armenians resulted in the indiscriminate shooting of civilians. The Khojaly genocide, deemed the tragedy of the century, claimed the lives of 613 residents, obliterated 8 families, left 25 children orphaned, and one parent deceased for 130 children...

Xocalı soyqırımından 32 il ötür

Xocalı soyqırımından 32 il ötür
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 32 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil...