Families of martyrs from Northern Cyprus and Azerbaijan are beginning mutual visits through NGOs
Tarix: 22-05-2024, 15:00
Şimali Kipr və Azərbaycandan şəhid ailələri QHT-lər xətti ilə qarşılıqlı səfərlərə başlayır
Tarix: 22-05-2024, 13:53
Bu gün "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı
ilə "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” adlı
konfrans keçirilib.
Konfrans Şəhriyar adına Mədəniyyət Mərkəzinin "Bənövşə" uşaq xorunun
ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə
Respublikasının "İstiqlal Marşı”nın səsləndirilməsi, Türk dünyası
şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə
başlayıb. Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar konfrans iştirakçılarına videomüraciət ünvanlayıb.
"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bildirib ki, qardaş Şimali Kipr Türk Cümhuriyyətindən ilk dəfə şəhid ailələrinin Azərbaycana səfəri iki ölkə arasında uğurla inkişaf edən əlaqələrdə mühüm körpüdür...