Donor: BMT Qaçqınların işi üzrə Ali Komissarlıq

Layihənin məqsədi:

A) Məcburi köçkün məktəblərində təhsil şəraitinin yaxşılaşdırılması və valideyn təşəbbüskarlığının artırılması

Məktəbin adı

Təmir-bərpa işləri

Tikinti işləri

Cəbrayıl rayonu 5 saylı

4 sinif otağı və 1icma otağı

 

Şuşa rayonu 10 saylı

3 sinif otağı

 

Laçın rayonu 21 saylı

2 sinif otağı

1 icma otağı

Füzuli rayonu 54 saylı

4 sinif otağı və 1 icma otağı

 

 

 

Müəllim-Valideyn Assosiasiyasının (MVA) dayanıqlı inkişafına nail olmaq məqsədilə yeni seçilmiş MVA-larda icma görüşləri və dəyirmi masalar təşkil olunmuş, valideyn-məktəb əlaqələri, təhsilin müasir problemləri və icma töhfələri müzakirə olunmuşdur.  

4 yeni seçilmiş MVA-da "İcma Fondunun idarə olunması” və "Komanda ilə iş və liderlik” mövzularında, 2 dəstəklənmiş MVA-da isə "Ətraf mühit və biz” mövzusunda təlimlər keçirilmişdir.
B) MK gənclərin "Usta yanında şagird hazırlanması metodu” ilə peşə bacarıqları əldə etməsinə imkan yaratmaq
Sumqayıt şəhərində 37 nəfər gənc öz arzularına uyğun ixtisaslar üzrə peşə bacarıqlarına yiyələnirlər.
Bu gənclərin 31 nəfəri məcburi köçkün, 6 nəfəri isə yerli aztəminatlı ailələrin övladlarıdır. 
Təlimlər 11 ixtisas üzrə 12 sahədə həyata keçirilir:

C) BMT QAK-ın Azərbaycanda Qaçqınlara və məcburi köçkünlərə yardım proqramlarına maddi- texniki dəstək
2005-ci ilin aprel-iyun aylarında Beyləqan, Şəki, Füzuli, Oğuz rayonları və Bakı şəhəri ərazisində yaşayan 2638 ailəyə Lutheran World Relief Təşkilatı tərəfindən göndərilən humanitar yardımlar (adyal, körpə bələyi, tikiş dəsti, gigiyenik dəst, əl-üz sabunu, qadın paltarı, uşaq paltarı, sviter, palto, məktəbli ləvazimatı) paylanmışdır. 
Humanitar yardımların paylanmasında Ümid özünün iştirakı ilə bərabər Dayaq, Qızıl Aypara Cəmiyyəti, Qaçqın Qadın Mərkəzi, Salam Çeçen təşkilatı və Şəhid Ailələri cəmiyyətini cəlb etmişdir. Bununla bərabər Beynəlxalq Olimpiya Komitəsi tərəfindən göndərilən 4460 ədəd idman paltarları (2000 nəfər) və ADRA Təşkilatı tərəfindən ayrılan 4000 qutu uşaq hədiyyələri (4000 nəfər) Ümidin həyata keçirdiyi proqramlar çərçivəsində paylanmışdır. 

Müvəffəqiyyət hekayəsi
İdman geyimi ilə təmin Quliyev Əhməd – Cəbrayıl rayonu 5 saylı orta məktəb şagirdi
Yaşıdlarımın çoxu müxtəlif növ idman dərnəklərində məşğul olurlar. Mən isə imkansızlıq ucbatından rəsmən idmanla məşğul ola bilmirdim. Yalnız dərsdən sonra həvəskar kimi həyətdə yoldaşlarımla oynamaq məcburiyyətində qalırdım. Üstəlik lazimı idman formam da yox idi.Məktəbdə idman geyimləri paylanərkən mənim də paketbola olan həvəsimə görə bir dəst forma bağışladılar. Bu mənim üçün dünyalara dəyərdi. İndi bütün günü formanı ətnimdən çıxarmıram, həm də oyun məhsuldarlığım yoldaşlarıma nisbətən daha da artıb. Bu hədiyyə mənim üçün mənəvi dəstəkdir. Bunu hər adam duya bilməz. Yalnız mənim vəziyyətimdə, imkansızlıq ucbatından ən xırda arzuların həyata keçməsi belə əlçatmaz olan yeniyetmə anlaya bilər. Sizə dərindən minnətdaram!