2017-ci ilin iyul ayından "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Turizm və Menecment Universitetinin texniki dəstəyi ilə "Qeyri hökumət təşkilatlarının dayanıqlıq indeksi və ictimai faydalılığı məsələlərinin ictimailəşdirilməsinə dair fəaliyyətin təşkili” layihəsini həyata keçirməyə başlamışdır. Layihə 5 ay (İyul 1 – Dekabr 1, 2017) müddətində icra olunacaq.
Layihənin məqsədi:
QHT-lərin keyfiyyət kateqoriyasına bölünməsi və QHT-lərin vəziyyətinin qiymətləndirilməsi proseslərində ictimai fəallığın artırılması
Gözlənilən nəticələr:

  • "İctimai faydalı təşkilatlar” üzrə ən azı 3 beynəlxalq regionun təcrübəsi  və "QHT-nin dayanıqlıq indeksinin müəyyənləşdirilməsi” üzrə ən azı 5 ölkədə olan vəziyyət barədə hesabat öyrəniləcək, təhlil olunacaq və bunlar Azərbaycan dilində ilkin materiallar şəklində hazırlanacaq;
  • "İctimai faydalı təşkilatlar” və "QHT-nin dayanıqlıq indeksinin müəyyənləşdirilməsi” üzrə müzakirələrdə ən azı 100 nəfər iştirak etməklə onlar bu mövzuların mahiyyəti, vacib elementləri barədə biliklərini artıracaqlar: i) Azərbaycanda "İctimai Faydalı Təşkilatlar”-ın müəyyənləşdirilməsi üzrə meyarları, hüquqi əsasını, hesabatlılığını və s öyrənəcəklər, ii) "QHT-nin dayanıqlıq indeksinin müəyyənləşdirilməsi” üzrə sorğular zamanı daha dəqiq və əsaslandırılmış, Azərbaycanın milli maraqlarına uyğun cavablar veriləcək;
  • "İctimai faydalı təşkilatlar” mövzusu və "QHT-nin dayanıqlıq indeksinin müəyyənləşdirilməsi” mövzuları tədris materiallarına salınacaq, hər biri üzrə bir tədris materialı hazırlanacaqdır. Bu fəaliyyət nəticəsində ən azı 120 nəfər tələbə bu mövzuları mənimsəyəcək;
Ən azı 3500 nəfər "İctimai faydalı təşkilatlar” və "QHT-nin dayanıqlıq indeksinin müəyyənləşdirilməsi” üzrə məsələlərdən məlumatlı olacaq, ən azı 250 nəfər isə bu mövzunu mənimsəyəcək.
Qeyd olunan layihə çərçivəsində həyata keçirilən tədbirlər haqqında daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://www.facebook.com/%C4%B0ctimai-Faydal%C4%B1-T%C9%99%C5%9Fkilatlar-1688630654501316/