Dağlıq Qarabağ müharibəsilə əlaqədar olaraq Azərbaycan Hökumətinin müraciəti əsasında, 1992-ci ilin sonlarından BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı (BMT QAK) ölkəmizdə fəaliyyət göstərməyə başlamışdır."Ümid” SİD isə BMT QAK-la 1999-cu ildən əməkdaşlıq etməyə başlamış və qaçqın, məcburi köçkün və sığınacaq axtaranların həyat şəraitlərinin yaxşılaşdırılması, onların sosial problemlərinin həll edilməsi, təhsil və gəlir imkanlarının yaxşılaşdırılması, təhsil müəssisələrinin təmiri və bərpası (bağça, məktəb, kitabxana və s.) dövlət qurumları ilə əlaqələrinin qurulmasına dəstək kimi istiqamətlərdə onlarla fəaliyyəti müvəffəqiyyətlə həyata keçirmişdir. 
"Ümid" SİD İB BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının (BMT QAK) maliyyə dəstəyi ilə aşağıdakı layihələri uğurla həyata keçirmişdir:

 

  • Azərbaycanda məskunlaşmış məcburi köçkünlər üçün bacarıqların artırılması təlimi və yaşayış şəraitinin yaxşılaşdırılmasına dəstək
  • Azərbaycanda qaçqın və sığınacaq axtaranlar üçün bacarıqların artırılması təlimi və yaşayış şəraitinin yaxşılaşdırılmasına dəstək