2014-cü ilin aprel ayından "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid" SİD İB) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Turizm İnstitunun texniki dəstəyi ilə"Korporativ Sosial Məsuliyyət üzrə Dərs Vəsaitinin Hazırlanması” layihəsini həyata keçirmişdir. Layihə 8 ay müddətində icra olunmuşdur.
Layihənin yerinə yetirilməsində qarşıya qoyulan əsas vəzifələr:
KSM üzrə dərsliyə daxil olunacaq fəsil, paraqraf, mövzular və alt mövzuların dəqiqləşdirilməsi, maraqlı tərəflərlə müzakirəsi, mündəricatın təkmilləşdirilməsi;
KSM üzrə dərsliyə daxil olunacaq 2 fəsil üzrə mühazirə və köməkçi materialların təkmilləşdirilməsi, digər 2 fəsil üzrə isə materialların hazırlanması;
KSM üzrə dərsliyin çapı.
Layihənin icrası nəticəsində:
İctimai müzakirələr və maraqlı tərəflərlə məsləhətləşmələr əsasında 2011-2012-ci illərdə icra olunmuş layihələrin davamı kimi maarifləndirmə prosesinə tövhə verilmiş və ictimai müzakirə, seminar və dəyirmi masa təşkil edilmişdir;
"Ümid” SİD KSM sahəsində vəkillik kompaniyasını davam etdirərək, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlığı davam etdirmişdir;
2 Ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında KSM üzrə ayrıca fənn, mövzular və alt mövzular tədris olunmuşdur;