Donor: ATƏT (Layihə ATƏT-in Bakı Ofisinin icra etdiyi, Statoil şirkətinin, Avstriya, Kanada və ABŞ hökumətlərinin maliyyələşdirdiyi Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) Proqramı çərçivəsində həyata keçirilmişdir)
Müddəti: İyul – dekabr, 2011
Ərazisi: Goranboy və Samux rayonları
Layihənin məqsədi: enerjidən səmərəli istifadə etmək üzrə innovativ texnologiyalar və yanaşmaların hədəf icmalarda təbliğ edilməsi və bacarıqların artırılması
Nəticə və nailiyyətlər:
-
İcmalarda obyektlərin enerji üzrə auditinin aparılması məqsədi ilə, "Enerji üzrə Audit " təlimatı və hədəf subyektlərin enerji səmərəliliyi üzrə bilik və bacarıqlarının artırılması üçün 5 mövzuda təlim paketləri hazırlanmışdır;
-
4 icmada 19 sahibkarlıq obyekti, 12 ictimai bina və 136 fərdi təsərrüfat obyektlərinin enerji üzrə auditi aparılmişdır;
-
2 region (Goranboy və Samux) üzrə 4 icmada (Veysli, Sarov, Seyidlər və Əlibayramlı) 19 sahibkarlıq subyektləri, 12 ictimai bina və 136 fərdi təsərrüfat subyektlərinə 5 mövzuda ("İzolyasiya vasitəsi ilə enerjidən səmərəli istifadə”, ”Elelktirik enerjisindən səmərəli istifadə”, ”Alternativ enerji mənbəələri”, ”Odun və utilizasiya materaiallarından istifadə etməklə enerjidən səmərəli istifadə” və "Mavi yanacaq enerjisindən səmərəli istifadə”) təlim verilmişdir;
-
Təlimlərdə ümumilikdə 237 nəfər iştirak etmişdir (66 nəfər qadın,171 nəfər kişi);
-
Goranboy rayonu Sarov kənd orta məktəbinin informatika otağı izolyasiya edilmiş, otağın pəncərə şüşələri dəyişdirilmiş və elektirik enerjisindən təhlükəsiz istifadə məqsədi ilə naqillər izoyasiya edilmişdir;
-
Yekun auditin nəticəsinə görə, obyektlərin enerji xərcləri 15%-ə qədər azalmışdırki, bunun da əsas səbəbi hədəf subyektlərin enerji səmərəliliyi üzrə yeni bilik və bacarıqlarının əldə edilməsi olmuşdur.