“Ümid” SİD İB “Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsinin icrasına başlayıb
Tarix: 14-08-2023, 17:23
"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsinin icrasına başlayıb. Layihə 4 ay müddətində (01 avqust-30 noyabr 2023-cü il) icra olunacaqdır. Layihənin hədəf ərazisi Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı tam orta məktəb və Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəb nəzərdə tutulub.
Təqdim olunan layihə tam orta məktəblərdə ümumi maraqları, çətinlikləri və məqsədləri uyğun gələn təhsilalanların və onların qruplarının öz problemlərini müəyyənləşdirə və prioritetləşdirə bilən qruplar/klublar səviyyəsində inkişaf etdirilməsini nəzərdə tutur. Qruplar/klublar iqtisadi, məşğulluq, incəsənət, yaradıcılıq, mədəni, idman, ekoloji sağlamlıq və digər "ortaq” maraqlar əsasında formalaşdırılacaq, mövcud problemlər və arzuları ətrafında səfərbər edilərək müvafiq bilik və bacarıqlar/alətlərə yiyələnəcəklər. Komanda/qrup yaradılması və inkişafı yanaşması tətbiq olunmaqla qruplar/klublar öz problemlərini müəyyən etmək, prioritetləşdirmək, problemlərin həlli üçün daxili resursları səfərbər etmək, könüllülük əsasında problemləri öz imkanları ilə həll etmək, problemi müvafiq dövlət orqanları qarşısında qaldırmaq, QHT, yerli assosiasiyalar və biznesi cəlb etməklə qruplar/klubların inkişaf etdirilməsinə nail olunması nəzərdə tutulur. “Ümid” SİD BMT QAK-ın dəstəyi ilə məcburi köçkünlər üçün yeni layihənin icrasına başlayıb
Tarix: 17-02-2023, 15:51
"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin icrasına başlayıb. Həyata keçirilməsinə 1 fevral 2023-cü il tarixdən başlanan layihənin icrası üçün 11 aylıq müddət nəzərdə tutulub. Layihənin hədəf icmalarının seçilməsi məqsədilə Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 12 icmada fevral ayından başlayaraq sürətli qiymətləndirmənin aparılması və 6 icmanın seçilməsi ilə başlaması nəzərdə tutulub.
Layihənin məqsədi mövcud məcburi köçkün icmalarının dayanıqlığını artırmaq və onları İştiraklı İcma İnkişafı və Usta yanında Şagird Hazırlığı metodları vasitəsilə qarşıdakı qayıdış prosesinin çətinliklərinin öhdəsindən gəlməyə hazırlamaq üçün potensialını gücləndirməkdir.
Layihənin məqsədi mövcud məcburi köçkün icmalarının dayanıqlığını artırmaq və onları İştiraklı İcma İnkişafı və Usta yanında Şagird Hazırlığı metodları vasitəsilə qarşıdakı qayıdış prosesinin çətinliklərinin öhdəsindən gəlməyə hazırlamaq üçün potensialını gücləndirməkdir.
“Ümid” SİD “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin icrasına başlayıb
Tarix: 26-12-2022, 15:40
"Ümid”
Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD) 07 dekabr 2022-ci il
tarixindən T-NETWORK - təhsil işçilərinin təcrübə və kommunikasiya platforması
ilə birgə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyələşdirdiyi "Məktəb icmasının inkişaf etdirilməsi
vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin icrasına
başlayıb. Layihə 12 ay müddətində icra olunacaqdır. Layihənin hədəf ərazisi Bakıətrafı
2 qəsəbə (Türkan və Hövsan) nəzərdə tutulmuşdur.