"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi (bundan sonra "Ümid” SİD) aktiv və şəffaf şəkildə fəaliyyət göstərən milli qeyri-hökumət təşkilatlarından biridir. Təşkilat əhalinin aztəminatlı təbəqələrinə onların əsas ehtiyaclarının ödənilməsində, sosial problemlərinin həllində, təhsil şəraitinin yaxşılaşdırılmasında yardım edən, icmaların inkişafında, əhali üçün iqtisadi imkanların yaradılmasında, kəndlərin sosial-iqtisadi problemlərinin həllində öz gücünü səfərbər edən ixtisaslaşmış müstəqil birlikdir. Təşkilat Azərbaycanda regionların sosial-iqtisadi təhlili, dayanıqlı inkişaf və regional inkişaf göstəricilərinin müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar üzrə layihələr həyata keçirir.

"Ümid” SİD ilk fəaliyyətinə 1997-ci ildə Sumqayıtda yerləşən xırda köçkün icması ilə kiçik həcmli kredit layihəsinin yerinə yetirilməsi ilə başlamışdır. Bu layihə üzrə nümayiş etdirdiyi uğurlu iş və innovasiya ilə "Ümid” SİD nüfuz qazandı və inkişaf etməyə başladı.