"Bakı Dəhlizi boyunca Gənclərin Məşğulluq və İqtisadi İmkanlarının Genişləndirilməsinə Təşəbbüs” layihəsi sayəsində 1 çox gənc biznes ideyalarını reallaşdırmışdır. Bu gənclərdən bir də 01.06.2008 tartixində avto-çilingər sahəsi üzrə UYŞH kurslarına cəlb olunmuş İsrafilov Rasim Firudun oğlu idi. Seçdiyi peşə sahəsinə güclü marağı və həvəsi onu kurs müddətində bilik və bacarıqlara sahib etdi. O, kursa R.Quliyev küçəsində yerləşən "Avto servis Mərkəzində” avto-çilingər ustası Bəhmən Ədilovun yanına cəlb edilmişdi. O, ustası tərəfindən keçirilən dərsləri çox böyük maraqla izləyir və mənimsəyirdi. Nəhayət, 4 aydan sonra o, 30.09.2008-ci il tarixində kursu müvəffəqiyyətlə başa vurdu.
Rasim kursa başlamamışdan öncə iş yerində təhlükəsiz fəaliyyət göstərməsi üçün "Davranış və təhlükəsizlik” mövzsunda təlimə cəlb edilmişdi. Bundan əlavə o "Sahibkarlıq və kiçik biznes” mövzsunda təlimlərə də cəlb edilmişdir. Keçirilən təlimlərin təsiri nəticəsində Rasim müştərilərlə davranış, biznesin necə qurulması və planlaşdırması haqqında bilik və bacarıq əldə etmişdir.
24 yaşlı gənc kursu bitirdikdən sonra 8 ay ustasının yanında köməkçi kimi işləyərək usta kimi formalaşmışdı.Onun növbəti planı sərbəst şəkildə usta kimi işləmək idi. Layihə çərçivəsində qrant əldə edib ehtiyac olunan avadanlığı əldə etmək üçün o, Biznes plan hazırlayıb "Ümid” təşkilatına təqdim etdi. Bu planın tərtib edilməsində ona biznes mövzusunda keçirilən təlimlərin və layihə əməkdaşlarının rolu böyük oldu. Gənc sahibkar öz biznesini qurmaq üçün hazırladığı Biznes plan təşkilat tərəfindən qiymətləndirildi və "Ümid” HSDM ilə birlikdə ümumi dəyəri 1280 AzN olan Möhkəm Başlanğıclı İqtisadi Layihə həyata keçirildi. Bu maliyyə vəsaitinin 600 AzN-i qrant hesabına, 680 AzN isə gənc sahibkarın öz daxili imkanları hesabına həyata keçirildi.
Rasim xidmət göstərdiyi müddət ərzində avtomobillərin ehtiyyat hissələrinin açıb bağlayarkən əl əməyi ilə fiziki güc sərf edərək gün ərzində 6-12 müştəriyə xidmət göstərirdisə indi o müqayisədə yeni avadanlıqla gün ərzində 10-18 müştəriyə xidmət göstərir. Alınmış müasir avadanlıqla avtomobillərə göstərilən xidmətin keyfiyyəti artırmaqla yanaşı sərf olunan vaxt da azaldılmışdır. Bu da nəticədə gün ərzində daha çox müştəriyə xidmət göstərilməsinə və mənfəətin artmasına səbəb olmuşdur.
Möhkəm Başlanğıclı İqtisadi Layihədən faydalanmamışdan öncə onun orta aylıq gəliri 150 AZN məbləğində idisə, qrant vəsaiti hesabına aldığı avadanlıqla xidmət göstərdikdən sonra onun orta aylıq gəliri 250 -300 AzN olmuşdur.
Rasim ən əsası onu qiymətləndirir ki, "bundan əvvəl günün tələblərinə cavab verməyən avadanlıqlardan istifadə etməklə daha çox fiziki güc sərf edib əziyyət çəkirdim. İş gününün sonunda yorğun, halsız vəziyyətdə olurdum. Bu da mənim fiziki sağlamlığım üçün təhlükə və ciddi problem yaradırdı. Amma bu avadanlığın köməyi ilə mən bu problemdən azad oldum.
Bu layihə sənin həyatında hansı dəyişikliklər edib sualına Rasim belə cavab verdi: "bu layihə mənə sağlamlığımı qorumağa, təhlükəsiz işləməyə və öz şəxsi biznesimi qurmaqda dəstək oldu. Və mən bu 3 amildən faydalandığım üçün özümü çox xoşbəxt hiss edirəm”. Onun bu yolda qazandığı uğur gənc ailəsinə də xoşbəxtlik və sevinc bəxş etmişdir.
Rasim bu dəyərlərin qazanılmasında layihənin donoru BP və tərəfdaşlarına və icraçısı Ümid təşkilatına dərin minnətdarlığını bildirdi.