Bu gün Azərbaycan Mətbuat Şurasının icra etdiyi "Azərbaycan media
landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində ilk
toplantı keçirilib.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, layihənin məqsədi
Azərbaycan media məkanı və media mühiti barədə vahid məlumat mənbəyinin
formalaşdırılmasıdır. Media mühitini təsvir edən bütün informasiyaların
vahid mənbədə toplanılması imkan yaradacaq ki, Azərbaycan media mühiti
barədə detallı bilgi əldə etmək istəyənlər bir mənbəyə daxil olmaqla
axtardıqları əsas informasiyaları əldə edə bilsinlər.
Toplantıda təkliflər qruplaşdırılıb.
Layihə çərçivəsində elektron bazanın yaradılması ilə yanaşı, Bakı şəhərində 5 konfransın keçirilməsi də nəzərdə tutulub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.