"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin EENCE-Eduthon-2024 Tədbirində Uğuru
EENCE-Eduthon-2024 - Vətəndaş cəmiyyətinin inkişafı və vətəndaş təhsilinin təbliği üzrə 6 ölkədə keçirilən bu əhəmiyyətli tədbir 25 sentyabr tarixində Azərbaycanda baş tutdu. Tədbir Şərqi Avropa Vətəndaş Təhsili Assosiasiyası tərəfindən Almaniyanın Vətəndaş Təhsili üzrə Federal Agentliyinin (bpb) dəstəyi ilə, Almaniya Xarici İşlər Nazirliyinin vəsait hesabına təşkil olunmuşdur.
Tədbir çərçivəsində müxtəlif mövzularda vacib layihələr təqdim olundu: mədəni müxtəlifliyin qorunması, yerli icmaların inkişafı, vətəndaş iştirakçılığının artırılması və digər sosial əhəmiyyətli problemlərin həlli yolları müzakirə edildi. İştirakçılar vətəndaşların cəmiyyətin inkişafında daha fəal olması, sosial problemlərin həllində daha geniş iştirak etməsi və daha açıq, demokratik bir cəmiyyət qurulması üçün fikirlər irəli sürdülər.
Bu çərçivədə "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi də "İcma səlahiyyətlərinin gücləndirilməsi: Demokratik iştirak üçün müzakirələr və debatlar" adlı layihəsi ilə çıxış etdi. Komandamız icmaların demokratik iştirakının artırılması və müzakirə mədəniyyətinin inkişafı üçün təklif etdiyi ideyalarla çıxış edərək, layihəsi ilə böyük maraq qazandı və qalib seçilən layihələr arasında yer aldı.
"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi olaraq, bu tədbirdə uğurumuzu qeyd etməkdən məmnunuq və gələcəkdə də icmalarımızın inkişafı üçün səy göstərməyə davam edəcəyik.