"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin direktoru İsrayıl İsgəndərov, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təşəkkürnamə ilə təltif olunub.
Bu yüksək mükafat "Ümid" SİD İB-nin sosial inkişafa və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələrin, həmçinin direktorumuz İsrayıl müəllimin liderliyinin və komandamızın sadiq əməyinin bariz nümunəsidir.
"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi olaraq, göstərilən yüksək etimada görə cənab Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildirir və fəaliyyətimizi eyni ruhla davam etdirəcəyimizi bəyan edirik.