Bakı-Tbilisi-Ceyhan boru kəməri boyunca icmalarda içməli su təchizatının yaxşılaşdırılması” layihəsi BP və Tərəfdaşlarının maliyyə dəstəyi ilə 2005-ci ildən etibarən Kürdəmir, Ucar və Ağdaş rayonlarında həyata keçirilmişdir.
Layihə çərçivəsində əhalinin təmiz, içməli suya olan ehtiyacının təmin edilməsi məqsədilə quraşdırılan 11 Su Təmizləmə Qurğuları xarakterinə görə Azərbaycanda innovativ sayıla bilər. Belə ki, ilk dəfə icmalar üçün əldə edilə bilən ultra-bənövşəyi şüaların istifadəsi ilə fəaliyyət göstərən bu mobil qurğularda içməli su ehtiyatları təmizlənir və əhalinin istifadəsinə verilir.
26 may 2008-ci il tarixdə Brüssel şəhəri Avropa Parlamentinin nümayəndələri tərəfindən sertifikatin təqdimat mərasimi keçiriləcəkdir.