Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 28 aprel 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262 nömrəli tam orta məktəbdə Məktəb İnkişaf Şuraları tərəfindən hər birindən təqdim olunan 5 layihədən 280 nömrəli tam orta məktəbdə 2 layihə, 262 nömrəli tam orta məktəbdə isə 4 layihə maliyyələşdirilmə üçün seçilib.

2022-ci ilin dekabr ayından icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin əsas ideyası məktəb-icma münasibətlərini təkmilləşdirmək, beləliklə, məktəb nüfuzunun artırılmasına nail olmaq və effektiv məktəb mühitini formalaşdırmaqdır. Layihə çərçivəsində Türkan qəsəbəsi 262 saylı və Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəblərdə Məktəb İnkişaf Şurası formalaşdırılıb.

 

Qeyd:Elm və Təhsil Nazirliyi məqalənin məzmununa görə məsuliyyət daşımır.

Məktəb İnkişaf Şuraları tərəfindən 6 layihə maliyyələşdirilmə üçün seçilib