Gəncədə işsizlər üçün peşə kursları fəaliyyətə başlayıb
Gəncə Peşə Hazırlığı Mərkəzi peşə kursları təşkil edib.
Dərslər Dövlət Məşğulluq Agentliyinin Gəncə–Şərqi Zəngəzur və Qazax–Tovuz Regional Məşğulluq filiallarını əhatə edir. Ümumilikdə 41 nəfər peşə hazırlığına cəlb edilib. Burada "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”, "Mebel ustası”, Təmirçi-çilingər” və "Proqramla idarə olunan dəzgahların operatoru” və s. peşələr tədris edilir. Peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək.
Qeyd edək ki, təlimlər bitdikdən sonra imtahanları uğurla verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onların işlə təmin olunmalarına dəstək göstəriləcək.