Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) tərəfindən icra olunan "Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi çərçivəsində 16 - 20 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı və Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəblərdə yaradılan təşəbbüs qruplarının liderləri və qrup rəhbərlərinin bacarıqlarının artırılması məqsədilə "Qrupun formalaşması və inkişafı”, "Tədbirlərin təşkili” və "Ünsiyyət və onun insan həyatındakı əhəmiyyəti” mövzularında silsilə təlimlər keçirilib. Təlimlər zamanı iştirakçılar liderlik, təşkilatçılıq, effektiv şəbəkələşmə və ünsiyyət qurmaq bacarıqlarına yiyələnib.
Cari ilin avqust ayından icra olunan sözügedən layihənin əsas məqsədi ümumi maraqları, çətinlikləri və məqsədləri uyğun gələn təhsilalanları və onların qruplarını öz problemlərini müəyyənləşdirə və prioritetləşdirə bilən qruplar/klublar səviyyəsində inkişaf etdirməkdir. Layihə çərçivəsində "Film Yaradıcıları və Fotoqrafiya”, "İncəsənət və Mədəniyyət”, "Ədəbiyyat və Poeziya”, "Eko klubu”, "Musiqi və Dram (teatr)” və s. adlı ən az 4 qrup/klubun yaradılması nəzərdə tutulur.