Elm və Təhsil Nazirliyində elm və təhsil hədəfləri istiqamətində QHT-lərin fəaliyyətlərinin genişləndirilməsi imkanları müzakirə edilib
Elm
və Təhsil Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin məsul şəxsləri elm və təhsil hədəfləri istiqamətində
QHT-lərin fəaliyyətlərinin genişləndirilməsi imkanlarını birgə müzakirə
ediblər. Nazirliyin Təhsil islahatlarının əlaqələndirilməsi şöbəsinin
müdiri Leyla Xəlilova və digər məsul şəxslər aparılan təhsil islahatları
barədə ətraflı məlumat veriblər. Müzakirələrdə Elm və Təhsil Nazirliyi
yanında İctimai Şuranın sədri Günel Səfərova və bir sıra QHT rəhbərləri
də iştirak edib.