Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Yanvarın 19-da Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi 20
Yanvar hadisəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını
ziyarət edib. Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda
şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub,
hörmətlə xatirələri anılıb. Yanvar faciəsi ümumxalq hüznü olmaqla
yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını,
mətinliyini nümayiş etdirir. Bu epoxal hadisə dövlət müstəqilliyimizin
bərpa edilməsində dönüş nöqtəsidir, məhz bundan sonra xalqımız öz
gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Bu gün Azərbaycan
Respublikası ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş güclü
dövlətdir. Bu gün bütün şəhidlərimiz kimi, 20 Yanvar şəhidlərinin də
ruhu şaddır!