Bu gün "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı
ilə "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” adlı
konfrans keçirilib.
Konfrans Şəhriyar adına Mədəniyyət Mərkəzinin "Bənövşə" uşaq xorunun
ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə
Respublikasının "İstiqlal Marşı”nın səsləndirilməsi, Türk dünyası
şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə
başlayıb.
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar konfrans iştirakçılarına videomüraciət ünvanlayıb.
"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə
bildirib ki, qardaş Şimali Kipr Türk Cümhuriyyətindən ilk dəfə şəhid
ailələrinin Azərbaycana səfəri iki ölkə arasında uğurla inkişaf edən
əlaqələrdə mühüm körpüdür. O, layihəyə dəstək verdiyi üçün Azərbaycan
Respublikasının QHT-lərə
Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib: "Türk
dünyası ilə əlaqədar getdikcə genişlənir. Biz bir ailəyik, kökümüz,
dilimiz, dinimiz, yolumuz eynidir. Birlikdə daha güclüyük! Şəhidlərimiz
də bir-birimiz üçün müqəddəsdir. Onları sonsuz sevgi, hörmət və
ehtiramla anırıq”.