Məktəb İnkişaf Şurası ilə layihələrin smeta xərclərinin hazırlanması müzakirə olunub

Məktəb İnkişaf Şurası ilə layihələrin smeta xərclərinin hazırlanması müzakirə olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 2 may 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262  nömrəli tam orta məktəbdə dəyirmi masa keçirilib. Dəyirmi masada Məktəb İnkişaf Şuraları tərəfindən təqdimolunan  və maliyyələşdirilmə üçün seçilmiş layihələrin smeta xərclərinin hazırlanması müzakirə olunub. 


Məktəb İnkişaf Şuraları tərəfindən 6 layihə maliyyələşdirilmə üçün seçilib

Məktəb İnkişaf Şuraları tərəfindən 6 layihə maliyyələşdirilmə üçün seçilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 28 aprel 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262 nömrəli tam orta məktəbdə Məktəb İnkişaf Şuraları tərəfindən hər birindən təqdim olunan 5 layihədən 280 nömrəli tam orta məktəbdə 2 layihə, 262 nömrəli tam orta məktəbdə isə 4 layihə maliyyələşdirilmə üçün seçilib.

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür

Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. O, 1942-ci ildə orta məktəbi bitirdiktən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib. 1950-ci ildə Zərifə xanım Əliyeva aspiranturaya daxil olub və 1953-cü ildə buranı bitirib. 1957-ci ilə qədər Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilə qədər böyük elmi işçi, 1967-ci ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb. İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın düynada ən məşhur oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" adlı doktorluq dissertasiyasının əsasını təşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib...


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Tərtərdə mina partlayışı ilə bağlı bəyanat yayıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Tərtərdə mina partlayışı ilə bağlı bəyanat yayıb
"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının QHT nümayəndəsinin minaya düşməsi ilə bağlı Bəyanatı
2023-cü il aprelin 26-da Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndi ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandasının sürücüsü Babaşov Xəzər Tariyel oğlu ağır bədən xəsarətləri almış və sağ ayağı dizdən aşağı amputasiya olunmuşdur.
Bu hadisə Azərbaycan ərazisində növbəti mina terroru kimi qiymətləndirilməlidir. Ermənistan 30 ilə yaxın bir dövr ərzində Azərbaycanın Qarabağ bölgəsindəki şəhər və rayonlarını yalnız işğal altında saxlamaqla kifayətlənməyib, həm də günahsız insanları qətlə yetirmək məqsədilə həmin əraziləri qəsdən kütləvi şəkildə minalayıb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş çoxsaylı mina partlayışları nəticəsində indiyə qədər, ümumilikdə 286 nəfər mina terrorunun qurbanına çevrilib və onlardan 48 nəfəri həlak olub...

Məktəb İnkişaf Şurası ilə prioritet mövzular üzrə layihələr müzakirə olunub

Məktəb İnkişaf Şurası ilə prioritet mövzular üzrə layihələr müzakirə olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 19 aprel 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262  nömrəli tam orta məktəbdə Məktəb İnkişaf Şurası ilə dəyirmi masa keçirilib. Dəyirmi masada keçirilən sorğu nəticələrinə görə prioritet mövzular üzrə layihələr müzakirə olunub.


ETN layihəsi çərçivəsində “Layihə təklifinin yazılışı” mövzusunda təlim keçirilib

ETN layihəsi çərçivəsində “Layihə təklifinin yazılışı” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 14 aprel 2023-cü il tarixində Xəzər rayonu Türkan və Suraxanı rayonu Hövsan icmalarında formalaşdırılmış Məktəb İnkişaf Şurası üzvlərinə "Layihə təklifinin yazılışı”  mövzusunda təlim keçirilib. Təlimlərdə layihə təklifi anlayışı, layihənin məqsədi, problemin təsviri, layihənin təsiri, dayanıqlığı və s. barədə bilgilər verilmişdir. Təlim iştirakçıları qruplar şəklində müzakirələr apararaq müxtəlif mövzularda layihə təklifi hazırlamaqla biliklərini möhkəmləndirmişlər.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır
Aprelin 12-13-də Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının genişləndirilmiş səyyar iclası keçirilib.
Agentlikdən bildirilib ki, iclasda təcrübəli QHT ekspertləri və təmsilçiləri, Agentliyin Müşahidə Şurasının üzvləri və əməkdaşları iştirak ediblər.
İclasın keçirilməsində əsas məqsəd Agentliyin güclü və zəif cəhətlərinin, imkan və çətinliklərinin təhlili, missiya və vizyonun, 2024–2026-cı illər üzrə strateji məqsədlərinin müəyyənləşdirilməsi və strateji məqsədlərə çatmaq üçün fəaliyyət planının hazırlanması olub.
İclasda dəvət olunmuş QHT nümayəndələri ilə birlikdə "Agentliyin 2024–2026-cı illər üzrə Strateji Planı”nın hazırlanması ilə bağlı müzakirələr aparılıb. Təcrübəli QHT ekspertləri və təmsilçiləri, Müşahidə Şurası üzvləri, Agentliyin icra aparatının əməkdaşlarından ibarət formalaşdırılmış 3 qrupun hər birində Strateji Planla bağlı 4 sessiyada ideya və təkliflər irəli sürülüb, müzakirələr və fikir mübadiləsi aparılıb. Hər sessiya müzakirəsindən sonra qruplar tərəfindən verilmiş təkliflər iştirakçılar tərəfindən təhlil edilib, sistemləşdirilib və ilkin layihə kimi təqdim olunub.

Məktəb İnkişaf Şurası ilə məktəbdaxili ehtiyaclar müzakirə olunub

Məktəb İnkişaf Şurası ilə məktəbdaxili ehtiyaclar müzakirə olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 10 aprel 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262  nömrəli tam orta məktəbdə Məktəb İnkişaf Şurası ilə dəyirmi masa keçirilib. Dəyirmi masada məktəb daxilində və məktəbin ətrafında olan ehtiyaclar  müzakirə olunub. 


BMT QAK-ın icma səfərbərliyi layihəsi çərçivəsində Yevlax rayonunda İcma İnkişaf Şurasının seçim yığıncağı keçirilib

BMT QAK-ın icma səfərbərliyi layihəsi çərçivəsində Yevlax rayonunda İcma İnkişaf Şurasının seçim yığıncağı keçirilib
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin icra etdiyi "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və Bacarıqlarının artırılması” layihəsi çərçivəsində 5 aprel 2023-cü il tarixdə Yevlax rayonu Malbinəsi icmasında İcma İnkişaf Şurasının seçimi məqsədilə ümumi yığıncaq keçirilib. Yığıncaqda "Ümid” SİD İB-nin əməkdaşları, Malbinəsi İcra Nümayəndəsinin müavini və icma üzvləri iştirak edib (50 nəfər: 22 qadın, 28 kişi).  Tədbirdə "Ümid” SİD İB-nin əməkdaşları layihə barədə iştirakçılara məlumatlar vermiş, İİŞ üzvlərinin seçim meyarları və öhdəliklərini açıqlamışlar. İcma üzvləri icma problemlərinin həllində təşəbbüskarlıqları ilə fərqləndiklərini, bacarıqlı və fəal olduqlarını bildirdikləri 9 nəfərin İİŞ üzvlüyünə namizədliyini irəli sürmüşlər. Yığıncağın davamında hər bir namizəd açıq səsverməyə çıxarılmış və səs çoxluğu ilə 9 nəfər (4 qadın, 5 kişi) İİŞ üzvlüyünə seçilmişdir. 

Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür

Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. Bu gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradır. İctimaiyyətin diqqəti Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunub və müxtəlif şüarlar altında keçirilib: "Fəallıq uzun ömür yaşamağa aparan yoldur", "Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək", "Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq", "1000 şəhər – 1000 həyat" və s. Son illər həmin gün "Kiçik sancma böyük təhlükə mənbəyidir”, "Qida məhsullarının təhlükəsizliyi”, "Diabetə qalib gələk”, "Depressiya: gəlin danışaq" şüarları altında keçirilib.



Yuxarı