Bu gün təhsildə nə dəyişməlidir?
Son dövrlər hazırkı nəslin təlim-tərbiyəsi və davranışları ilə əlaqədar tədqiqat xarakterli çoxlu məqalələr yazılır. Müxtəlif platformalarda bu məqalələr müzakirə olunur, sosial və ənənəvi mediada bir-birinə zidd olan fikirlər söylənilir. Hazırkı nəslin təlim-tərbiyəsi və davranışları ilə əlaqadar ciddi iradlar yazılır, dəyərlərimiz və mədəniyyətimizin gözümüz önündə əridiyi, dürüst həyat tərzinə alışmış nəsillərin isə gələcəkdə məhv olacağı iddia olunur. Bu iddiaları söyləyənlərin səmimiyyətinə və milli dəyərləri qorumaq kimi saf məramlarına inanmamaq mümkün deyil. Bu irad və tənqidlərdə milli-mənəvi dəyərlərin qorunması əsas süjeti təşkil edir. Qaldırılmış əsas məsələlər günün və gələcəyin prioritetidir, lakin dəyərlərimiz və milli mədəniyyətimizin dağılması, məhv olması kimi fikirlər qəbul edilməzdir. Bəli, zaman və texnologiya, virtual kommunikasiya, sürətli dəyişikliklər, fiziki və zehni sürətin artımı düşüncə və davranışda ciddi dəyişikliklərə səbəb olur. Lakin bu, məhv yox, ancaq dəyişiklikdir. Əsl dəyərlər əsrlərin sınağından çıxıb və indiki çətin zamanın da sınağından çıxacaq. Dürüst həyat tərzi isə kifayət qədər mübahisəli mövzudur. "Hansı zaman kəsiyində kimlərin həyat tərzi daha dürüst olub?” - sualına cavab çox çətindir. Dürüstlük isə həmişə mübarizə aparıb və aparacaq da. Aparılan müşahidələr və təhlillər göstərir ki, müasir gəncliyin böyük əksəriyyəti dürüstlüyü, vətənpərvərliyi və milli maraqları qoruya biləcək dəyərlərə sahibdir. Onlar bu dəyərləri öz qəhrəmanlıqları ilə sübut etdilər. Əlbəttə ki, istisnalar da mövcuddur, lakin bu istisnaları indiki gənc nəslə bütövlüklə aid etmək olmaz. Bir məsələnidə unutmayaq ki, gəncliyə inanmaq lazımdır, onları biz yetişdirmişik və biz də qorumalıyıq.
Məqalənin davamı üçün aşağıdakı linkə keçid edin:
https://www.muallim.edu.az/news.php?id=25082&fbclid=IwAR0viPcwu3eGZORa_G5V8w5cAbRxkCGLc_oDA7YruRf_sYu456YsLAhm-1Y
“Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin təqdimatı keçirilib
Məktəb İnkişaf Şurası ilə növbəti dəyirmi masa keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 8 may 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262 nömrəli tam orta məktəbdə dəyirmi masalar keçirilib. Dəyirmi masada Məktəb İnkişaf Şuraları tərəfindən təqdim olunan və maliyyələşdirilmə üçün seçilmiş layihələr üzrə nəzərdə tutulmuş xərclərin düzgün aparılma qaydaları müzakirə olunub.
Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda iştirak edib
Məktəb İnkişaf Şurası ilə layihələrin smeta xərclərinin hazırlanması müzakirə olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 2 may 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262 nömrəli tam orta məktəbdə dəyirmi masa keçirilib. Dəyirmi masada Məktəb İnkişaf Şuraları tərəfindən təqdimolunan və maliyyələşdirilmə üçün seçilmiş layihələrin smeta xərclərinin hazırlanması müzakirə olunub.
Məktəb İnkişaf Şuraları tərəfindən 6 layihə maliyyələşdirilmə üçün seçilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 28 aprel 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262 nömrəli tam orta məktəbdə Məktəb İnkişaf Şuraları tərəfindən hər birindən təqdim olunan 5 layihədən 280 nömrəli tam orta məktəbdə 2 layihə, 262 nömrəli tam orta məktəbdə isə 4 layihə maliyyələşdirilmə üçün seçilib.
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür
Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. O, 1942-ci ildə orta məktəbi bitirdiktən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib. 1950-ci ildə Zərifə xanım Əliyeva aspiranturaya daxil olub və 1953-cü ildə buranı bitirib. 1957-ci ilə qədər Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilə qədər böyük elmi işçi, 1967-ci ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb. İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın düynada ən məşhur oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" adlı doktorluq dissertasiyasının əsasını təşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Tərtərdə mina partlayışı ilə bağlı bəyanat yayıb
Bu hadisə Azərbaycan ərazisində növbəti mina terroru kimi qiymətləndirilməlidir. Ermənistan 30 ilə yaxın bir dövr ərzində Azərbaycanın Qarabağ bölgəsindəki şəhər və rayonlarını yalnız işğal altında saxlamaqla kifayətlənməyib, həm də günahsız insanları qətlə yetirmək məqsədilə həmin əraziləri qəsdən kütləvi şəkildə minalayıb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş çoxsaylı mina partlayışları nəticəsində indiyə qədər, ümumilikdə 286 nəfər mina terrorunun qurbanına çevrilib və onlardan 48 nəfəri həlak olub...
Məktəb İnkişaf Şurası ilə prioritet mövzular üzrə layihələr müzakirə olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 19 aprel 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262 nömrəli tam orta məktəbdə Məktəb İnkişaf Şurası ilə dəyirmi masa keçirilib. Dəyirmi masada keçirilən sorğu nəticələrinə görə prioritet mövzular üzrə layihələr müzakirə olunub.