İsrayıl İsgəndərov: Nəsillər və Nəsillər nəzəriyyəsi nədir?

İsrayıl İsgəndərov: Nəsillər və Nəsillər nəzəriyyəsi nədir?
"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı direktoru, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Cənab İsrayıl İsgəndərovun həmin kollecin Davamlı təhsil və təlim şöbəsinin müdiri Sevinc xanım Hacıyeva ilə birlikdə "Nəsillər nəzəriyyəsi" adlı məqaləsi "Azərbaycan müəllimi" qəzetinin 07 aprel 2023-cü il tarixli 13№-li nəşrində dərc olunub.
Məqalədən çıxarış:
"Nəsillər - bir xronoloji zaman aralığında anadan olan, analoji şərtlərdə yaşayıb böyüyən ictimai insanlar qrupudur. Nəsillər nəzəriyyəsi - tarixdə zaman dövrlərinə xas olan xüsusiyyətlərin, həmçinin müəyyən xronoloji zaman aralıqlarında anadan olan insanların dünyagörüşünün təsviridir. Nəsillər nəzəriyyəsinin yaranmasına təsir edən amillərdən biri də dünyada yaşanan iqtisadi "yelləncək"dir: stabillik, defolt, inflyasiya, yüksəliş, pandemiya və s. Hər bir zaman hadisəsindən sonra insanların adət etdikləri komfort səviyyəsi dəyişir, ixtisas sahələri yaranır və yox olur, cəmiyyətin nəyəsə tələbatı artır və ya azalır..."

 

“Ümid” SİD İB hədəf məktəbdə dəyirmi masa keçirib

“Ümid” SİD İB hədəf məktəbdə dəyirmi masa keçirib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 4 aprel 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə Məktəb İnkişaf Şurası ilə dəyirmi masa keçirilib. Dəyirmi masada İcma anlayışı və məktəbin həyatında icmanın rolu mövzusunda müzakirələr aparılıb.
 

Azərbaycan qeyri-hökumət təşkilatlarının Ermənistanın törətdiyi mina terroru ilə bağlı BƏYANATI

Azərbaycan qeyri-hökumət təşkilatlarının Ermənistanın törətdiyi mina terroru ilə bağlı BƏYANATI
Şanlı zəfərimizlə yekunlaşan Vətən müharibəsindən iki ildən çox müddət keçməsinə baxmayaraq Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroru hələ də davam etməkdədir. Bunun nəticəsidir ki, zaman-zaman minaya düşən vətəndaşlarımız bəşəriyyət əleyhinə olan bu hərbi cinayətin qurbanına çevrilirlər. Təəssüf hissi ilə qeyd edirik ki, yaranmış bu hal bir çox göstəricilərinə görə faciəvi şəkil almaqdadır.
Ermənistan Respublikası, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq, Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyətini davam etdirərək, qüvvələrini nəinki Azərbaycan ərazisindən tam şəkildə çıxartmayıb, əksinə təxribatçı fəaliyyətini hələ də davam etdirməkdədir. Azərbaycan ərazilərində külli miqdarda aşkarlanan piyada əleyhinə minalar bu təxribatçı fəaliyyətin əyani sübutudur...

ETN-nin layihəsi çərçivəsində Məktəb İnkişaf Şurası ilə dəyirmi masa keçirilib

ETN-nin layihəsi çərçivəsində Məktəb İnkişaf Şurası ilə dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 3 aprel 2023-cü il tarixində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 nömrəli tam orta məktəbdə Məktəb İnkişaf Şurası ilə dəyirmi masa keçirilib. Dəyirmi masada İcma anlayışı və məktəbin həyatında icmanın rolu mövzusunda müzakirələr aparılıb.


BMT QAK-ın məcburi köçkünlərlə bağlı layihəsi çərçivəsində hədəf icmaların seçim iclası keçirilib

BMT QAK-ın məcburi köçkünlərlə bağlı layihəsi çərçivəsində hədəf icmaların seçim iclası keçirilib
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində hədəf icmaların seçim iclası keçirilib. İclasda "Layihə İdarəetmə və Qiymətləndirmə Komitəsi”nin (LİQK) üzvləri, o cümlədən: "Ümid” SİD İB-nin Layihə rəhbəri (onlayn) və layihə komandası, Mingəçevir Valideyn Assosasiyasının rəhbəri, BMT QAK-ın əməkdaşı (onlayn), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Yevlax və Goranboy rayonları üzrə nümayəndələri iştirak edib. Görüşlərdə icra edilən layihə barədə icma üzvlərinə ətraflı məlumatlar verilmiş, müvafiq məlumatlar toplanılmış və əməkdaşlıq imkanları müzakirə edilmişdir.

İsrayıl İSGƏNDƏROV: “Ölkədə effektiv təhsil liderlərinin formalaşdırılması istiqamətində müəyyən işlər görülür”

İsrayıl İSGƏNDƏROV: “Ölkədə effektiv təhsil liderlərinin formalaşdırılması istiqamətində müəyyən işlər görülür”
"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru İsrayıl İsgəndərovun "Ölkədə effektiv təhsil liderlərinin formalaşdırılması" adlı məqaləsi dərc olunub.
Bu günün texnoloji imkanları və ictimai münasibətlərin dinamikası məktəblərin yeganə/vahid bilik mənbəyi statusunu dəyişir. Bu dəyişiklik isə istər-istəməz prosesə mane olan təşkilati maneələri aradan qaldırır və məktəblərdə liderlik kompetensiyasının qurulmasına doğru aparır. Məktəblər bilik mənbələrindən daha çox "Peşəkar öyrənmə mərkəzlərinə/icmalarına” çevrilməyə doğru gedirlər.

"Peşakar öyrənmə mərkəzlərinə/icmalarına” çevrilmək istəməyən məktəb isə rəqabətə davam gətirməyəcək və öz bilik mənbələri olmaq statusunu da itirməyə məhkumdurlar.

Məcburi köçkün icmalarında ilkin araşdırma və məlumatlandırma görüşləri keçirilib

Məcburi köçkün icmalarında ilkin araşdırma və məlumatlandırma görüşləri keçirilib

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində 13 - 17 mart 2023-cü il tarixləri ərzində Yevlax və Goranboy rayonları üzrə 7 məcburi köçkün icmasında 7 ilkin araşdırma və məlumatlandırma görüşləri keçirilib (iştirakçıların sayı: 135 nəfər, o cümlədən: 76 kişi, 69 qadın, 25 gənc). Görüşlərdə icra edilən layihə barədə icma üzvlərinə ətraflı məlumatlar verilib, müvafiq məlumatlar toplanılıb və əməkdaşlıq imkanları müzakirə edilib.

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində növbəti görüş keçirilib

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində növbəti görüş keçirilib
Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) texniki dəstəyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ("Ümid” SİD İB) "T-Network”- təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində martın 28-də Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə müəllim, valideyn, şagird və icma nümayəndələri ilə Məktəb İnkişaf Şurasının iclası keçirilib. Görüşdə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru İsrayıl İsgəndərov da iştirak edib.

AMEA-da Elm gününə həsr olunmuş tədbir keçirilib

AMEA-da Elm gününə həsr olunmuş tədbir keçirilib
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının "Şuşa” zalında 27 Mart – Elm gününə həsr olunmuş "Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbir keçirilib.
Tədbirdə AMEA-nın, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Azərbaycan Həmkarları İtttifaqları Konfederasiyasının, ANAMA-nın rəhbərliyi, millət vəkilləri və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin "Azərbaycan Milli Elmlər Akademiyası: zaman və müasirlik” mövzusunda giriş nitqi ilə başlayıb. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən ölkəmizdə 27 Mart – Elm Gününün təsis edildiyini xatırladan akademik İsa Həbibbəyli bu əlamətdar günün təkcə AMEA-ya deyil, həmçinin Elm və Təhsil, Səhiyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı və digər nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarına, ümumilikdə respublikanın bütün elmi qurumlarına və ali məktəblərinə aid olduğunu deyib. AMEA rəhbəri Azərbaycan elminə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlığını bildirib.

Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb

Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb
BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktoru xanım Tatyana Valovayanın katibliyinin QHT-lər üzrə departamentinin direktoru xanım Sofi Torelli ilə görüşüb.
Görüşdə Agentlik və BMT-nin Cenevrə bölməsi arasında qurulacaq əməkdaşlıq perspektivləri, eyni zamanda yerli QHT-lərin BMT-nin təsisatlarının və nizamnamə orqanlarının tədbirlərində iştirakı ilə bağlı müzakirələr aparılıb.

Yuxarı