Məcburi köçkün icmalarında ilkin araşdırma və məlumatlandırma görüşləri keçirilib
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində 13 - 17 mart 2023-cü il tarixləri ərzində Yevlax və Goranboy rayonları üzrə 7 məcburi köçkün icmasında 7 ilkin araşdırma və məlumatlandırma görüşləri keçirilib (iştirakçıların sayı: 135 nəfər, o cümlədən: 76 kişi, 69 qadın, 25 gənc). Görüşlərdə icra edilən layihə barədə icma üzvlərinə ətraflı məlumatlar verilib, müvafiq məlumatlar toplanılıb və əməkdaşlıq imkanları müzakirə edilib.
“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində növbəti görüş keçirilib
AMEA-da Elm gününə həsr olunmuş tədbir keçirilib
Tədbir AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin "Azərbaycan Milli Elmlər Akademiyası: zaman və müasirlik” mövzusunda giriş nitqi ilə başlayıb. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən ölkəmizdə 27 Mart – Elm Gününün təsis edildiyini xatırladan akademik İsa Həbibbəyli bu əlamətdar günün təkcə AMEA-ya deyil, həmçinin Elm və Təhsil, Səhiyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı və digər nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarına, ümumilikdə respublikanın bütün elmi qurumlarına və ali məktəblərinə aid olduğunu deyib. AMEA rəhbəri Azərbaycan elminə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlığını bildirib.
Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb
Agentliyin nümayəndə heyəti BMT-nin ətraf mühit proqramının Avropa ofisinin direktoru ilə görüşüb
Qonaqları salamlayan xanım Motard Agentliyin fəaliyyətinin ətraf mühitin qorunması sahəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, BMT-nin ətraf mühit proqramı mütəmadi olaraq QHT-lər üçün proqramlar həyata keçirirlər. Bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən QHT-lərlə də əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Agentliyin nümayəndə heyəti Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində olublar.
Agentliyin nümayəndə heyəti BMT İnkişaf Proqramının Cenevrə ofisinin direktoru ilə görüşüb
Nümayəndə heyətini BMT-nin İnkişaf Proqramının Cenevrə ofisində görməkdən məmnunluq duyduğunu bildirən Aqi Veres qeyd olunan istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsini dəstəkləyib. O bildirib ki, BMT-nin İnkişaf Proqramı hər zaman QHT-lərin bilik və bacarıqlarının artırılması, müxtəlif mövzularda layihələrin icrasını dəstəkləyib və Davamlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində üzv dövlətlərin vətəndaş cəmiyyəti təsisatları ilə sıx əməkdaşlıq edib.
QHT Agentliyi BMT-nin Qadınlar təşkilatı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Daha sonra Aygün Əliyeva Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci bəndi olan gender bərabərliyinin qorunması istiqamətində BMT-nin Qadınlar təşkilatı ilə əməkdaşlıq perspektivlərinə toxunub.