Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov və Samir Məmmədov, Agentliyin Müşahidə Şurasının üzvləri İsrail İsgəndərov, İlqar Orucov, Azər Allahverənov, Zaur İbrahimli, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, 300-dən çox qeyri-hökumət təşkilatları, media nümayəndələri iştirak ediblər.
 
 

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törətdi.
Xocalı erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kulminasiya nöqtəsi idi. Erməni faşistlər aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində məktəbdə görüş keçirilib

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində məktəbdə görüş keçirilib
"Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində növbəti görüş keçirildi
Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ("Ümid” SİD) "T-Network”- təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində fevralın 23-ü tarixində Bakı şəhəri, Türkan qəsəbəsi 262 nömrəli tam orta məktəbdə müəllim, valideyn, şagird və icma nümayəndələri ilə iclas keçirildi. İclasda müəllim, şagird, valideyn və icma nümayəndələrini təmsil edən namizədlər Məktəb İnkişaf Şurasına üzv seçildi.
 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkənin aparıcı Vətəndaş Cəmiyyəti Təşkilatlarının üzvləri Naxçıvana səfər ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkənin aparıcı Vətəndaş Cəmiyyəti Təşkilatlarının üzvləri Naxçıvana səfər ediblər
Naxçıvanda "Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib
 
Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri Naxçıvana səfər ediblər.
Səfər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti barədə geniş məlumat verilib.
Səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Heydər Əliyev İli” ilə əlaqədar "Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
 

17 Fevral Təmənnasız Xeyirxahlıq İfadəsi Günüdür!

17 Fevral Təmənnasız Xeyirxahlıq İfadəsi Günüdür!
Hər il fevralın 17-də bütün dünyada qeyd olunan Təmənnasız Xeyirxahlıq İfadəsi Günü beynəlxalq xeyriyyə təşkilatlarının təşəbbüsü ilə təsis olunmuşdur.

Təmənnasız Xeyirxahlıq İfadəsi Günü 1995-ci ildə Kolorado ştatının Denver şəhərində The Random Acts Of Kindness Foundation adlı qeyri-kommersiya təşkilatı tərəfindən təsis edilmişdir. Bu hadisə 9 il sonra, 2004-cü ildə Yeni Zelandiyaya yayıldı və bayramın qeyd olunması getdikcə daha geniş vüsət alaraq bu gün artıq ümumdünya əhəmiyyətli bayrama çevrilmişdir.

 

“Ümid” SİD BMT QAK-ın dəstəyi ilə məcburi köçkünlər üçün yeni layihənin icrasına başlayıb

“Ümid” SİD BMT QAK-ın dəstəyi ilə məcburi köçkünlər üçün yeni layihənin icrasına başlayıb
"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin icrasına başlayıb. Həyata keçirilməsinə 1 fevral 2023-cü il tarixdən başlanan layihənin icrası üçün 11 aylıq müddət nəzərdə tutulub. Layihənin hədəf icmalarının seçilməsi məqsədilə Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 12 icmada fevral ayından başlayaraq sürətli qiymətləndirmənin aparılması və 6 icmanın seçilməsi ilə başlaması nəzərdə tutulub.
Layihənin məqsədi mövcud məcburi köçkün icmalarının dayanıqlığını artırmaq və onları İştiraklı İcma İnkişafı və Usta yanında Şagird Hazırlığı metodları vasitəsilə qarşıdakı qayıdış prosesinin çətinliklərinin öhdəsindən gəlməyə hazırlamaq üçün potensialını gücləndirməkdir.

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində növbəti görüş keçirildi

Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ("Ümid” SİD) "T-Network”- təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində fevralın 16-da Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə müəllim, valideyn, şagird və icma nümayəndələri ilə iclas keçirildi. İclasda müəllim, şagird, bir neçə valideyn və icma nümayəndəsi Məktəb İnkişaf Şurasına üzv seçildi.
“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində növbəti görüş keçirildi
 

Türkiyədəki zəlzələ ilə bağlı bir qrup QHT sədri qardaş xalqa başsağlığı verib

Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT sədri fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli zəlzələ ilə bağlı Türkiyənin Bakıdakı səfirliyinin önündə yaradılmış guşənin qarşısına əklil qoyub.

Türkiyədəki zəlzələ ilə bağlı bir qrup QHT sədri qardaş xalqa başsağlığı verib

 

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində şagirdlərlə görüş keçirildi

Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ("Ümid” SİD) "T-Network”- təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində fevralın 3-də Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirildi. İclasda Məktəb İnkişaf Şurasına 1 nəfər şagird üzv seçildi.

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində şagirdlərlə görüş keçirildi

 

Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı

Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatlarının nümayəndələri ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat qəbul edib.

Yuxarı