QHT Agentliyinin icraçı direktoru Cenevrədə səfərdədir
Tarix: 14-03-2023, 14:17
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Agentliyin Beynəlxalq məsələlər üzrə nümayəndəsi Toğrul Məmmədli BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirak etmək məqsədilə İsveçrənin Cenevre şəhərinə səfər ediblər. Səfər çərçivəsində Agentliyin heyəti sessiyada iştirak edəcək, eyni zamanda BMT-nin Cenevrə ofisinin rəhbər şəxsləri ilə, BMT-nin İnkişaf proqramı, BMT-nin ətraf mühit üzrə ofisi, BMT-nin Davamlı İnkişaf üzrə laboratoriyası və digər təsisatlarla görüşlər keçirəcəklər.
Bakıda “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilib
Tarix: 13-03-2023, 13:11
12 mart 2023-cü il tarixində Bakıdakı Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilib.
Tədbirdə X Qlobal Bakı Forumunun iştirakçıları, Milli Məclisin deputatları, dövlət və media nümayəndələri iştirak ediblər. İştirakçılar sırasında, həmçinin Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov həmkarları ilə birgə olub. Tədbir çərçivəsində "Qlobal liderlərin Heydər Əliyevin irsinə ehtiramı” və "Milli kimliyin qurulması” adlı panel iclasları keçirilib. Tədbirdə əvvəlcə ulu öndərin həyat və yaradıcılığını əks etdirən video nümayiş etdirilib. Videoda bir çox liderlər Heydər Əliyev barədə fikirlərini səsləndiriblər.
"Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı" keçirilib
Tarix: 7-03-2023, 20:45
7 mart 2023-cü il tarixində "Hilton Baku” otelində "Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı" keçirilib. "GEM ESG Consulting”in təşkilatçılığı ilə keçirilmiş tədbirdə dövlət qurumlarının nümayəndələri, sahibkarlar, ali təhsil ocaqlarından akademiklər, QHT ekspertləri, xeyriyyəçilər, ictimai xadimlər və ziyalılar iştirak ediblər.
Konfransın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə çalışan, geniş təcrübəyə malik tanınmış ictimai xadimlər və mütəxəssisləri bir araya gətirməklə KSM və dayanıqlı inkişaf üzrə mühüm mövzuların müzakirəsi əsasında növbəti illər üçün yol xəritəsinin hazırlanmasına töhfə verməkdir."Tərəqqi" medalı ilə təltif edilən Azərbaycan qadınları sırasında QHT sədrləri də var
Tarix: 6-03-2023, 20:36
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib
Tarix: 1-03-2023, 17:09
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad
qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov və Samir Məmmədov, Agentliyin Müşahidə Şurasının üzvləri İsrail İsgəndərov, İlqar Orucov, Azər Allahverənov, Zaur İbrahimli, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, 300-dən çox qeyri-hökumət təşkilatları, media nümayəndələri iştirak ediblər.
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür
Tarix: 26-02-2023, 16:58
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törətdi.
Xocalı erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kulminasiya nöqtəsi idi. Erməni faşistlər aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.
“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində məktəbdə görüş keçirilib
Tarix: 23-02-2023, 16:47
"Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində növbəti görüş keçirildi
Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ("Ümid” SİD) "T-Network”- təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində fevralın 23-ü tarixində Bakı şəhəri, Türkan qəsəbəsi 262 nömrəli tam orta məktəbdə müəllim, valideyn, şagird və icma nümayəndələri ilə iclas keçirildi. İclasda müəllim, şagird, valideyn və icma nümayəndələrini təmsil edən namizədlər Məktəb İnkişaf Şurasına üzv seçildi.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkənin aparıcı Vətəndaş Cəmiyyəti Təşkilatlarının üzvləri Naxçıvana səfər ediblər
Tarix: 21-02-2023, 16:35
Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri Naxçıvana səfər ediblər.
Səfər
Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Sonra
qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə Ulu Öndərin
zəngin həyat yolu və fəaliyyəti barədə geniş məlumat verilib.
Səfər
çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Heydər
Əliyev İli” ilə əlaqədar "Heydər Əliyev və vətəndaş cəmiyyəti
quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə
fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri,
ictimaiyyət nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri
iştirak ediblər.
17 Fevral Təmənnasız Xeyirxahlıq İfadəsi Günüdür!
Tarix: 17-02-2023, 16:53
Hər il fevralın 17-də bütün dünyada qeyd olunan Təmənnasız Xeyirxahlıq İfadəsi Günü beynəlxalq xeyriyyə təşkilatlarının təşəbbüsü ilə təsis olunmuşdur.
Təmənnasız Xeyirxahlıq İfadəsi Günü 1995-ci ildə Kolorado ştatının Denver şəhərində The Random Acts Of Kindness Foundation adlı qeyri-kommersiya təşkilatı tərəfindən təsis edilmişdir. Bu hadisə 9 il sonra, 2004-cü ildə Yeni Zelandiyaya yayıldı və bayramın qeyd olunması getdikcə daha geniş vüsət alaraq bu gün artıq ümumdünya əhəmiyyətli bayrama çevrilmişdir.
“Ümid” SİD BMT QAK-ın dəstəyi ilə məcburi köçkünlər üçün yeni layihənin icrasına başlayıb
Tarix: 17-02-2023, 15:51
"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin icrasına başlayıb. Həyata keçirilməsinə 1 fevral 2023-cü il tarixdən başlanan layihənin icrası üçün 11 aylıq müddət nəzərdə tutulub. Layihənin hədəf icmalarının seçilməsi məqsədilə Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 12 icmada fevral ayından başlayaraq sürətli qiymətləndirmənin aparılması və 6 icmanın seçilməsi ilə başlaması nəzərdə tutulub.
Layihənin məqsədi mövcud məcburi köçkün icmalarının dayanıqlığını artırmaq və onları İştiraklı İcma İnkişafı və Usta yanında Şagird Hazırlığı metodları vasitəsilə qarşıdakı qayıdış prosesinin çətinliklərinin öhdəsindən gəlməyə hazırlamaq üçün potensialını gücləndirməkdir.
Layihənin məqsədi mövcud məcburi köçkün icmalarının dayanıqlığını artırmaq və onları İştiraklı İcma İnkişafı və Usta yanında Şagird Hazırlığı metodları vasitəsilə qarşıdakı qayıdış prosesinin çətinliklərinin öhdəsindən gəlməyə hazırlamaq üçün potensialını gücləndirməkdir.