Azərbaycanın İrandakı səfirliyinə hücum olub

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Azərbaycanın İrandakı səfirliyinə hücum olub

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində valideynlərlə görüş keçirilib

24 yanvar 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) texniki dəstəyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ("Ümid” SİD İB) "T-Network”- təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində valideynlərlə görüş keçirilib.

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində valideynlərlə görüş keçirilib


“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin təqdimatı keçirilib

17 yanvar 2023-cü il tarixində Xəzər rayonu Türkan qəsəbəsi 262 saylı məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ("Ümid” SİD) T-NETWORK - təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə "Ümid” SİD İB-nin rəhbərliyi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, Türkan qəsəbəsi 262 saylı və Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəblərin rəhbərliyi, müəllimlər, valideynlər və icma üzvləri (sahibkarlar, İcra Nümayəndəsi və s.)  iştirak etmişlər.

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin təqdimatı keçirilib

 

Hədəf icmalarda Məktəb İnkişaf Şuralarının formalaşdırılması məqsədilə icma nümayəndələri ilə dəyirmi masa keçirilib

Hədəf icmalarda Məktəb İnkişaf Şuralarının formalaşdırılması məqsədilə icma nümayəndələri ilə dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 13 yanvar 2023-cü il tarixində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 262  nömrəli tam orta məktəbdə İcma nümayəndələri ilə "İcma-məktəb münasibətlərinin tənzimlənməsi mexanizmləri” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada təhsilin inkişafında icmanın rolu barədə müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib. Sonda dəyirmi masada icmanın məktəbin təhsil prosesində yaxından iştirak etməsi məktəb-icma münasibətlərinin yaxşılaşmasına və məktəb nüfuzunun artırılmasına böyük töhfə verəcəyi qeyd edilmişdir...

“Ümid” SİD “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD) 07 dekabr 2022-ci il tarixindən T-NETWORK - təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyələşdirdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin icrasına başlayıb. Layihə 12 ay müddətində icra olunacaqdır. Layihənin hədəf ərazisi Bakıətrafı 2 qəsəbə (Türkan və Hövsan) nəzərdə tutulmuşdur.

“Ümid” SİD “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının beynəlxalq təşkilatlara və xarici qeyri-hökumət təşkilatlarına M Ü R A C İ Ə T İ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının beynəlxalq təşkilatlara və xarici qeyri-hökumət təşkilatlarına M Ü R A C İ Ə T İ
16 dekabr, 2022-ci il
Bakı şəhəri
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının beynəlxalq təşkilatlara və xarici qeyri-hökumət təşkilatlarına M Ü R A C İ Ə T İ

“Ümid” SİD “Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü” layihəsini uğurla yekunlaşdırıb

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi 01 sentyabr 2022-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü” layihəsini müvəffəqiyyətlə tamamlamışdır.

“İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə keçirilmiş sorğu nəticələrinin təqdimatı” mövzusunda dəyirmi masa keçirilib

29 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü” layihəsi çərçivəsində "İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə keçirilmiş sorğu nəticələrinin təqdimatı” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada "Ümid” SİD İB-nin rəhbərliyi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Bakı şəhərində fəaliyyət göstərən bir neçə orta məktəbin direktorları, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşları, təhsil sahəsi üzrə fəaliyyət göstərən QHT rəhbərləri, təhsil ekspertləri, Azərbaycan Respublikası Təhsil İnstitutunun və Bakı Təhsil İdarəsinin əməkdaşları iştirak etmişlər.
"Ümid" SİD İB-nin İcraçı direktoru İsrayıl İsgəndərov giriş sözü ilə tədbiri açaraq icra edilən layihə barədə və layihə çərçivəsində Suraxanı rayonu Hövsan icmasında 280 saylı tam orta məktəb və Xəzər rayonu Türkan icmasında 262 saylı tam orta məktəblərdə məktəb-icma münasibətlərinin araşdırılması prosesi barədə məlumat verib.

“İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə keçirilmiş sorğu nəticələrinin təqdimatı” mövzusunda dəyirmi masa keçirilib

 

 

"Ümid" SİD "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü" layihəsinin icrasını uğurla davam etdirir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi, Bakı şəhəri üzrə Təhsil İdarəsi və Təhsil İnstitutunun texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü" layihəsi çərçivəsində Suraxanı rayonu Hövsan icmasında 14-19 oktyabr 2022-ci il tarixi ərzində silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, hədəf icma ilə ilkin tanışlıq və layihə çərçivəsində əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədi ilə Hövsan qəsəbəsində fəaliyyət göstərən Mehdi Mehdiyev adına 280 saylı tam orta məktəbində görüş keçirilmişdir. Görüşdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, "Ümid” SİD İB-in İcraçı Direktoru İsrayıl İsgəndərov, Layihə rəhbəri Əflatun Verdiyev, yerli Bələdiyyə sədri, İcra Nümayəndəsinin müavini və məktəb rəhbərliyi iştirak etmişlər. Tədbirdə iştirakçılara icra edilən layihə barədə ətraflı məlumatlar verilmiş, hədəf icmada məktəb-icma münasibətlərinin araşdırılması istiqamətində planlaşdırılan fəaliyyətlər müzakirə edilmişdir.
"Ümid" SİD "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü" layihəsinin icrasını uğurla davam etdirir


"Ümid" SİD “İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi” mövzusunda dəyirmi masa keçirib

29 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Azərbaycan Respublikası Təhsil İnstitutu və Bakı şəhər Təhsil İdarəsinin metodoloji dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü” layihəsi çərçivəsində "İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi və icma üzvlərinin təhsil prosesində iştirakına dair sorğu vərəqələrinin müzakirəsi” mövzusunda dəyirmi masa keçirilmişdir.

"Ümid" SİD “İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi” mövzusunda dəyirmi masa keçirib


Yuxarı