8 Noyabr - Zəfər Günün mübarək, Azərbaycan!

8 Noyabr - Zəfər Günün mübarək, Azərbaycan!
Bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbəmizin üçüncü ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edir. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb.
8 Noyabr - Zəfər Günün mübarək, Azərbaycan!

“Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirilib

“Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirilib
Noyabrın 7-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "2023-cü il Heydər Əliyev İli” çərçivəsində "Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirib. Heydər Əliyev Mərkəzində təşkil edilən forumda çıxış edən Agentliyinin icraçı direktoru Aygün Əliyeva tədbirin Zəfər bayramı və Bayraq günü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edib, vətəndaş cəmiyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatlarının rolundan bəhs edib. O, bir neçə gündən sonra – noyabrın 10-dan etibarən Agentliyin 2024-cü il üzrə qrant müsabiqələri üzrə layihələrin qəbuluna başlanacağını və prosesin dekabrın 10-da başa çatacağını bildirib. A.Əliyeva qrant müsabiqələri üzrə mövzuların ən aktual məsələlərə həsr edildiyini qeyd edib və QHT-ləri müsabiqələrdə fəal iştiraka çağırıb...

6 noyabr – Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramıdır

6 noyabr – Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramıdır
97 il əvvəl – 1926-cı ilin noyabrında Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Elm və Təhsil Nazirliyində elm və təhsil hədəfləri istiqamətində QHT-lərin fəaliyyətlərinin genişləndirilməsi imkanları müzakirə edilib

Elm və Təhsil Nazirliyində elm və təhsil hədəfləri istiqamətində QHT-lərin fəaliyyətlərinin genişləndirilməsi imkanları müzakirə edilib
Elm və Təhsil Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul şəxsləri elm və təhsil hədəfləri istiqamətində QHT-lərin fəaliyyətlərinin genişləndirilməsi imkanlarını birgə müzakirə ediblər. Nazirliyin Təhsil islahatlarının əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Xəlilova və digər məsul şəxslər aparılan təhsil islahatları barədə ətraflı məlumat veriblər. Müzakirələrdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova və bir sıra QHT rəhbərləri də iştirak edib.

Təhsilin İnkişafı Forumu keçirilir

Təhsilin İnkişafı Forumu keçirilir
Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir.
"İnnovasiya ekosisteminin yaradılması”, "Universitet – sənaye tərəfdaşlığı”, "Gələcək üçün təhsil” panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər. Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunacaq...

Bu gün Qubadlı Şəhəri Günüdür

Bu gün Qubadlı Şəhəri Günüdür
Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

Hədəf məktəblərdə yaradılan Təşəbbüs Qrupları təlimlərə cəlb olunub

Hədəf məktəblərdə yaradılan Təşəbbüs Qrupları təlimlərə cəlb olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) tərəfindən icra olunan "Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi çərçivəsində 16 - 20 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı və Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəblərdə yaradılan təşəbbüs qruplarının liderləri və qrup rəhbərlərinin bacarıqlarının artırılması məqsədilə "Qrupun formalaşması və inkişafı”, "Tədbirlərin təşkili” və "Ünsiyyət və onun insan həyatındakı əhəmiyyəti” mövzularında silsilə təlimlər keçirilib. Təlimlər zamanı iştirakçılar liderlik, təşkilatçılıq, effektiv şəbəkələşmə və ünsiyyət qurmaq bacarıqlarına yiyələnib.

"Ümid" SİD İB Gürcüstanda keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlıq proqramının Vətəndaş Təhsili Şəbəkəsinin illik toplantısında iştirak edib

"Ümid" SİD İB Gürcüstanda keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlıq proqramının Vətəndaş Təhsili Şəbəkəsinin illik toplantısında iştirak edib
14-15 oktyabr 2023-cü ildə Gürcüstanda Avropa İttifaqı Şərq Tərəfdaşlıq proqramının Vətəndaş Təhsili Şəbəkəsinin illik toplantısı keçirilib. Şəbəkənin əsas donoru Almaniyanın Vətəndaş Təhsili üzrə Agentliyidir. Almaniyanın Vətəndaş Təhsili üzrə Agentliyini isə Almaniyanın Federal Xarici İşlər Nazirliyi maliyyələşdirir. Təşkilat 2015-ci NECE adı ilə yaradılıb, daha sonra  EENCE adı ilə fəaliyyətni davam etdirir. EENCE Şərqi Avropa regionunda vətəndaş təhsili üzrə bilik, bacarıq və dəyərlərin mübadiləsini və inkişafını təşviq etmək məqsədi daşıyan təşkilatlar və ekspertlər şəbəkəsidir...

Bu gün Zəngilan Şəhəri Günüdür

Bu gün Zəngilan Şəhəri Günüdür
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 3 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də erməni işğalından azad edilib.

Xudafərin körpüsünün işğaldan azad olunmasından 3 il ötür

Xudafərin körpüsünün işğaldan azad olunmasından 3 il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Azərbaycan İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndləri işğalçılardan azad edilib. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.


Yuxarı