“Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda görüş keçirilib

“Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda görüş keçirilib
Medianın İnkişafı Agentliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə "Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda görüş keçirilib. Tədbirdə Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər, korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində media subyektlərinin və qeyri-hökumət təşkilatlarının imkanlarından bəhs edilib, bu sahədə dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyi vurğulanıb

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür
Hər il oktyabrın 10-u dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir.
Sağlam olmaq vacib insan hüquqlarından biridir. Məhz Ümumdünya Psixi Sağlamlıq Günündə psixi pozğunluqdan əziyyət çəkənlərin lazımi müalicə ilə təmin olunmasına və sağlam yaşamağa çağırış ifadə edilir.
Gəlin, hər kəsin psixi sağlamlıq haqqına hörmət edək və dəstək olaq.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini elan edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini elan edir

2024-CÜ İL QRANT MÜSABİQƏLƏRİ ELANI

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edir. Hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2023-cü il noyabrın 10-də başlanacaq. Müraciət üçün son tarix 10 dekabr 2023-cü ildir. Bundan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2024-cü ilin fevralında elan olunacaq. 

Elm və Təhsil Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub

Elm və Təhsil Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub
Oktyabrın 9-da Elm və Təhsil Nazirliyində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin heyəti ilə görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub, bu sahədə müxtəlif tərəfdaşlıq mexanizmlərinin fəal şəkildə istifadə edilməsi qərara alınıb...

Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 3 il ötür

Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 3 il ötür
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da erməni işğalçılarından azad edilib.
Hadrutun azad edilməsi 44 günlük müharibənin əsas dönüş nöqtələrindən hesab olunur.

Ağdamda Qarabağ Universiteti tikiləcək

Ağdamda Qarabağ Universiteti tikiləcək
Qarabağ Universitetinin modeli hazırlanır. Bunu elm və təhsil naziri Emin Əmrullayev Tibb Təhsili üzrə Beynəlxalq Konfransda deyib.
O bildirib ki, bu universitet yəqin ki, Ağdamda tikiləcək: "Biz bu universitetdə də tibb təhsilinin verilməsini istəyirik".
Nazir, həmçinin qeyd edib ki, tibb təhsilinin coğrafiyası genişləndirilməlidir...

Peru Konqresi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edib

Peru Konqresi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edib
Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edilib.
Ölkəmizin Meksikadakı səfirliyindən bildiriblər ki, bəyanatda 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın ölkəmizə qarşı yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan tərəfinin təxribat xarakterli addımlarına cavab tədbirləri gördüyü, nəticədə 44 günlük Vətən müharibəsi ilə bu ölkənin təcavüzünə son qoyulduğu bildirilir...

IAI şirkətinin nümayəndəsi: İsrailin dəstəyi ilə Azərbaycanda innovasiyalar mərkəzi yaradılacaq

IAI şirkətinin nümayəndəsi: İsrailin dəstəyi ilə Azərbaycanda innovasiyalar mərkəzi yaradılacaq
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin Sərgi pavilyonu çərçivəsində "Azərkosmos”dan olan tərəfdaşlarımızla İsrailin İAİ arasında müqavilə imzalandı. Bu sənədə əsasən, 10 illik əməkdaşlıq qurulur. Həmçinin bu sahədə İsrailin dəstəyi ilə Azərbaycanda innovasiyalar mərkəzi yaradılacaq. Daha sonra universitet proqramı əsasında İsraildə olduğu kimi, Azərbaycanda da kosmik sahə tədris olunacaq. Biz Azərbaycanla uzunmüddətli əməkdaşlığa və "Azərkosmos”la dostluq münasibətlərini davam etdirmək niyyətindəyik.
Bu sözləri "Israel Aerospace İndustries” (IAI) şirkətinin nümayəndəsi Aviv Kanelbaum müsahibəsində deyib.
A.Kanelbaum bildirib ki, Azərbaycan-İsrail birgə əməkdaşlığı və dostluğu çərçivəsində mövcud layihələri uğurla həyata keçirmək, yenilərini planlaşdırmaq əsas məqsədimizdir...

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Bu gün Cəbrayıl Şəhəri Günüdür
Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edilib və 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər olub.

3 oktyabr Suqovuşanın işğaldan azad olunduğu gündür

3 oktyabr Suqovuşanın işğaldan azad olunduğu gündür2020-ci il oktyabrın 3-ündə 26 ildir düşmən tapdağında olan Suqovuşan kəndi Azərbaycanın Müzəffər Ordusu tərəfindən işğaldan azad olundu, şanlı bayrağımız əzəli torpaqlarımızda dalğalandı.
 
 
Vətən müharibəsində ilk Qələbəmizin ardınca Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən "Madagiz" adı dəyişdirilərək tarixi "Suqovuşan" adı ilə əvəz edildi, tarixi ədalət bərpa olundu.

Yuxarı