Elm və Təhsil Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub
Tarix: 10-10-2023, 15:13
Oktyabrın 9-da Elm və Təhsil Nazirliyində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin heyəti ilə görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub, bu sahədə müxtəlif tərəfdaşlıq mexanizmlərinin fəal şəkildə istifadə edilməsi qərara alınıb...Ağdamda Qarabağ Universiteti tikiləcək
Tarix: 9-10-2023, 15:27
Qarabağ Universitetinin modeli hazırlanır. Bunu elm və təhsil naziri Emin Əmrullayev Tibb Təhsili üzrə Beynəlxalq Konfransda deyib.
O bildirib ki, bu universitet yəqin ki, Ağdamda tikiləcək: "Biz bu universitetdə də tibb təhsilinin verilməsini istəyirik".
Nazir, həmçinin qeyd edib ki, tibb təhsilinin coğrafiyası genişləndirilməlidir...
Peru Konqresi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edib
Tarix: 6-10-2023, 14:24
Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edilib.
Ölkəmizin Meksikadakı səfirliyindən bildiriblər ki, bəyanatda 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın ölkəmizə qarşı yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan tərəfinin təxribat xarakterli addımlarına cavab tədbirləri gördüyü, nəticədə 44 günlük Vətən müharibəsi ilə bu ölkənin təcavüzünə son qoyulduğu bildirilir...IAI şirkətinin nümayəndəsi: İsrailin dəstəyi ilə Azərbaycanda innovasiyalar mərkəzi yaradılacaq
Tarix: 6-10-2023, 14:05
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin Sərgi pavilyonu çərçivəsində "Azərkosmos”dan olan tərəfdaşlarımızla İsrailin İAİ arasında müqavilə imzalandı. Bu sənədə əsasən, 10 illik əməkdaşlıq qurulur. Həmçinin bu sahədə İsrailin dəstəyi ilə Azərbaycanda innovasiyalar mərkəzi yaradılacaq. Daha sonra universitet proqramı əsasında İsraildə olduğu kimi, Azərbaycanda da kosmik sahə tədris olunacaq. Biz Azərbaycanla uzunmüddətli əməkdaşlığa və "Azərkosmos”la dostluq münasibətlərini davam etdirmək niyyətindəyik.
Bu sözləri "Israel Aerospace İndustries” (IAI) şirkətinin nümayəndəsi Aviv Kanelbaum müsahibəsində deyib.A.Kanelbaum bildirib ki, Azərbaycan-İsrail birgə əməkdaşlığı və dostluğu çərçivəsində mövcud layihələri uğurla həyata keçirmək, yenilərini planlaşdırmaq əsas məqsədimizdir...
3 oktyabr Suqovuşanın işğaldan azad olunduğu gündür
Tarix: 3-10-2023, 14:37
2020-ci
il oktyabrın 3-ündə 26 ildir düşmən tapdağında olan Suqovuşan kəndi
Azərbaycanın Müzəffər Ordusu tərəfindən işğaldan azad olundu, şanlı
bayrağımız əzəli torpaqlarımızda dalğalandı.
Bu gün Beynəlxalq Ahıllar Günüdür
Tarix: 1-10-2023, 23:15
1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar.
"Azərbaycanda QHT-lərin qiymətləndirilməsi üzrə tədqiqat işinin” nəticələrinin təqdimatı və müzakirəsi keçirilib
Tarix: 30-09-2023, 23:18
Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə yardımı ilə "Hüquqi Təhlil və Araşdırmalar” İctimai
Birliyi tərəfindən "QHT-lərin mövcud vəziyyətinin qiymətləndirilməsi
üzrə tədqiqat işi” layihəsi həyata keçirilməkdədir.Layihənin
nəticələrinin təqdimatı və müzakirəsi keçirilib. Tədbirin açılışında
"Hüquqi Təhlil və Araşdırmalar”
İctimai Birliyinin sədri Ramil İskəndərli, Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Agentliyin
Müşahidə Şurasının üzvləri - Zaur İbrahimov, İsrayıl İsgəndərov və Azər
Allahverənov, QHT rəhbərləri çıxışlar ediblər...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Tarix: 28-09-2023, 23:22
Sentyabrın 28-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda 2024-cü il üçün qrant müsabiqələrinin mövzuları müzakirə edilib və qəbul olunub. Qərara alınıb ki, kiçik, orta və böyük qrant müsabiqələri 2023-cü ilin oktyabr ayında Agentlik tərəfindən elan edilsin. Bundan başqa, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalardan irəli gələn məsələlər müzakirə olunub.