Vakansiya
Tarix: Сегодня, 15:54
"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi – Qeyri Hökumət Təşkilatı 2024-cü və sonrakı illərdə özünün kadr ehtiyaclarının təmin edilməsi və bacarıqlı kadrların cəlb olunması məqsədilə aşağıdakı ixtisaslar (vəzifələri tutmaq) üzrə vakansiya elan edir:
• Mühəndis/ətraf mühit mütəxəssisi
• İcma səfərbərçisi
• İcma inkişafı üzrə təlimçi
• Özünümaliyyələşdirmə mütəxəssisi/təlimçi
• Monitorinq və qiymətləndirmə mütəxəssisi
TƏLƏBLƏR
• İxtisasa uyğun ali təhsil; • Kompüter bacarıqları (Office proqramları - Word, Excel, PowerPoint, Microsoft Teams);
• Azərbaycan dilində səlis danışı və yazı bacarığı; İngilis dilini bilənlərə üstünlük verilir;
• İcmalarla iş üzrə təcrübə;
• Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın üzvü olmaq bacarığı.
MÜRACİƏT
• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 dekabr 2023-cü il tarixinədək office@umid-sid.az elektron ünvanına göndərə bilər.• "Subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını (məs: İcma səfərbərçisi, Su/kənd təsərrüfatı mütəxəssisi və s.) göstərməyiniz xahiş olunur.
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
• Əlavə məlumat üçün (+99450) 311 61 51 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd: Əsas fəaliyyət zonası Mərkəzi Aran iqtisadi rayonudur.