“Ümid” SİD İB “Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi
“Ümid” SİD BMT QAK-ın dəstəyi ilə məcburi köçkünlər üçün yeni layihənin icrasına başlayıb
Layihənin məqsədi mövcud məcburi köçkün icmalarının dayanıqlığını artırmaq və onları İştiraklı İcma İnkişafı və Usta yanında Şagird Hazırlığı metodları vasitəsilə qarşıdakı qayıdış prosesinin çətinliklərinin öhdəsindən gəlməyə hazırlamaq üçün potensialını gücləndirməkdir.
“Ümid” SİD “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi
“Təhsildə İdarəetmənin İctimailəşdirilməsinə Dəstək” Təşəbbüsü layihəsi
Layihənin əsas ideyası hədəf məktəblərdə a) icma-məktəb (valideyn-müəllim, məktəb-valideyn, sahibkar-icma və s.) münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi və təkmilləşdirilməsiimkanlarının, b) icma üzvlərinin (icmada fəaliyyət göstərən sahibkarların, icmada yaşayan nüfuzlu şəxslərin, yerli hökumət orqanlarının, valideynlərin və s.) təhsil prosesində iştirakının artırılması üçün lazım olan mühit amillərinin müəyyənləşdirilməsindən və bu münasibətlərin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasından ibarətdir.
"Yerli hökumət və özünüidarəetmə orqanlarına dəstək” layihəsi
"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın (FP) icrasında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsində "Yerli hökumət və özünüidarəetmə orqanlarına dəstək” layihəsinin icrasına başlamışdır. Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyasının maliyyələşdirdiyi Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) proqramı çərçivəsində həyata keçiriləcəkdir. Layihə 02 mart - 31 iyul 2022-ci il tarixini əhatə edir.
"İcma Səviyyəsində Sağlam Həyat Tərzi üzrə Maarifləndirmə və Narkotik Vasitələrdən İstifadə üzrə Profilaktiki Tədbirlərin Təşkili" layihəsi
Layihənin əsas ideyası yeniyetmə və gənclərin sağlam həyat tərzi keçirmələrinə, zərərli vərdişlərdən uzaq olmalarına və cəmiyyət üçün sağlam gənclərin yetişdirilməsinə töhfə vermək hədəfi üzərində qurulmuşdur...
Qeyri-Hökumət Təşkilatlarının Dayanıqlıq İndeksi və İctimai Faydalılığı Məsələlərinin İctimailəşdirilməsinə dair Fəaliyyətin Təşkili layihəsi
2017-ci ilin iyul ayından "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Turizm və Menecment Universitetinin texniki dəstəyi ilə "Qeyri hökumət təşkilatlarının dayanıqlıq indeksi və ictimai faydalılığı məsələlərinin ictimailəşdirilməsinə dair fəaliyyətin təşkili” layihəsini həyata keçirməyə başlamışdır. Layihə 5 ay (İyul 1 – Dekabr 1, 2017) müddətində icra olunacaq.