“Ümid” SİD İB “Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi

“Ümid” SİD İB “Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi
"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsinin icrasına başlayıb. Layihə 4 ay müddətində (01 avqust-30 noyabr 2023-cü il) icra olunacaqdır. Layihənin hədəf ərazisi Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı tam orta məktəb və Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəb nəzərdə tutulub...


“Ümid” SİD “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD) 07 dekabr 2022-ci il tarixindən T-NETWORK - təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyələşdirdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin icrasına başlayıb. Layihə 12 ay müddətində icra olunacaqdır. Layihənin hədəf ərazisi Bakıətrafı 2 qəsəbə (Türkan və Hövsan) nəzərdə tutulmuşdur.

“Ümid” SİD “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi

“Təhsildə İdarəetmənin İctimailəşdirilməsinə Dəstək” Təşəbbüsü layihəsi

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək” təşəbbüsü layihəsinin icrasına başlayıb. Layihə 01 sentyabr - 30 noyabr 2022-ci il tarixini əhatə edir. Layihənin hədəf ərazisi Bakı şəhəri nəzərdə tutulmuşdur.

Layihənin əsas ideyası hədəf məktəblərdə a) icma-məktəb (valideyn-müəllim, məktəb-valideyn, sahibkar-icma və s.) münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi və təkmilləşdirilməsiimkanlarının, b) icma üzvlərinin (icmada fəaliyyət göstərən sahibkarların, icmada yaşayan nüfuzlu şəxslərin, yerli hökumət orqanlarının, valideynlərin və s.) təhsil prosesində iştirakının artırılması üçün lazım olan mühit amillərinin müəyyənləşdirilməsindən və bu münasibətlərin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasından ibarətdir.

"Yerli hökumət və özünüidarəetmə orqanlarına dəstək” layihəsi

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın (FP) icrasında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsində "Yerli hökumət və özünüidarəetmə orqanlarına dəstək” layihəsinin icrasına başlamışdır. Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyasının maliyyələşdirdiyi Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) proqramı çərçivəsində həyata keçiriləcəkdir. Layihə 02 mart - 31 iyul 2022-ci il tarixini əhatə edir.

"İcma Səviyyəsində Sağlam Həyat Tərzi üzrə Maarifləndirmə və Narkotik Vasitələrdən İstifadə üzrə Profilaktiki Tədbirlərin Təşkili" layihəsi

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb.

Layihənin əsas ideyası yeniyetmə və gənclərin sağlam həyat tərzi keçirmələrinə, zərərli vərdişlərdən uzaq olmalarına və cəmiyyət üçün sağlam gənclərin yetişdirilməsinə töhfə vermək hədəfi üzərində qurulmuşdur...

Qeyri-Hökumət Təşkilatlarının Dayanıqlıq İndeksi və İctimai Faydalılığı Məsələlərinin İctimailəşdirilməsinə dair Fəaliyyətin Təşkili layihəsi

2017-ci ilin iyul ayından "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Turizm və Menecment Universitetinin texniki dəstəyi ilə "Qeyri hökumət təşkilatlarının dayanıqlıq indeksi və ictimai faydalılığı məsələlərinin ictimailəşdirilməsinə dair fəaliyyətin təşkili” layihəsini həyata keçirməyə başlamışdır. Layihə 5 ay (İyul 1 – Dekabr 1, 2017) müddətində icra olunacaq.


Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü (KDİT) layihəsi

Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü (KDİT) layihəsi "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid" SİD İB) Avropa İttifaqının maliyyə dəstəyi ilə "Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü” (KDİT) layihəsi icra olunmuşdur...

Azərbaycanda Sosial İqtisadi İnkişaf Fəaliyyəti

Azərbaycanda Sosial İqtisadi İnkişaf Fəaliyyəti Şərq Qərb İdarəetmə İnstitutu (ŞQİİ) "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) və Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz (ICNL) ilə strateji tərəfdaşlıqla Azərbaycanda ...

Geri İrəli
Yuxarı