“Ümid” SİD BMT QAK-ın dəstəyi ilə məcburi köçkünlər üçün yeni layihənin icrasına başlayıb

“Ümid” SİD BMT QAK-ın dəstəyi ilə məcburi köçkünlər üçün yeni layihənin icrasına başlayıb
"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin icrasına başlayıb. Həyata keçirilməsinə 1 fevral 2023-cü il tarixdən başlanan layihənin icrası üçün 11 aylıq müddət nəzərdə tutulub. Layihənin hədəf icmalarının seçilməsi məqsədilə Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 12 icmada fevral ayından başlayaraq sürətli qiymətləndirmənin aparılması və 6 icmanın seçilməsi ilə başlaması nəzərdə tutulub.
Layihənin məqsədi mövcud məcburi köçkün icmalarının dayanıqlığını artırmaq və onları İştiraklı İcma İnkişafı və Usta yanında Şagird Hazırlığı metodları vasitəsilə qarşıdakı qayıdış prosesinin çətinliklərinin öhdəsindən gəlməyə hazırlamaq üçün potensialını gücləndirməkdir.