"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi COP29-da suvarma və içməli su təchizatına dair yan tədbir keçirib
12 noyabr 2024-cü il tarixində "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda "Suvarma və İçməli Su Təchizatı üçün İcma Səviyyəli Həll Variantları" mövzusunda panel müzakirəsi təşkil edib. Tədbirdə QHT nümayəndələri, ekspertlər və icma üzvləri iştirak edib.
"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin EENCE-Eduthon-2024 Tədbirində Uğuru
“Azərbaycan media landşaftı üzrə məlumat bazası” layihəsi icra olunur
"COP29-la bağlı Beynəlxalq Təşəbbüslər" qrant müsabiqəsi elan edilir
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün "COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsini elan edir. Müsabiqə üzrə sənədlərin qəbuluna 2024-cü il iyul ayının 16-dan başlanacaq. Müraciət üçün son tarix 16 avqust 2024-cü ildir. Bundan sonra QHT-lərdən toplanmış sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək...
18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür
Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklər Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində mümkün olub...
17 iyun - Tibb işçilərinin peşə bayramı günüdür
Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmiri və bərpası, regionlarda müasir tipli xəstəxanaların tikilərək istifadəyə verilməsi, tibbi sığorta sisteminin tətbiq olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir...
Zəfər tariximizin başlanğıcı - 15 İyun - Milli Qurtuluş Günüdür
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.
Dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramında mömin insanlar Allah və din yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirmək fürsəti qazanır, Uca Yaradana yaxınlığın sevincini yaşayırlar...
8 İyun - Ümumdünya Okeanlar Günüdür
8 İyun - Ümumdünya Okeanlar Günüdür. Bu təqvimin qeyd edilməsi 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində BMT-nin "Ətraf mühit və inkişaf” konfransında elan edilib. Yer kürəsinin 70 faizini okeanlar təşkil edir. Planetimizin 361 milyon kvadratkilometr sahəsi dörd okean arasında bölünüb - Sakit, Atlantik, Hind və Şimal Buzlu. Nəfəs aldığımız oksigenin çoxu okeanlar tərəfindən istehsal edilir, karbon-dioksid emissiyaları absorbsiya olunur, canlılar ərzaq və qidalandırıcıların əksər hissəsini buradan alır, iqlimi tənzimləyir, turizm, balıqçılıq, iqtisadiyyat üçün önəmli rol oynayır...
Qarabağ və Şərqi Zəngəzurda QHT-lərin səyyar xidmətləri başlayacaq
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura həyat qayıdır, onilliklərlə doğma yurd yerlərindən didərgin düşən insanlar plan üzrə mərhələli qaydada evlərinə köçürülür. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Azərbaycan QHT-lərinin bu şanlı tarixi prosesdə daha yaxından iştirakını təmin etmək üçün azad edilmiş ərazilərdə məskunlaşan əhali üçün QHT-lərin səyyar xidmətləri layihəsinə başlayır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bildirir ki, layihə məskunlaşma aparılan ərazilərdə yerli ehtiyaclara uyğun olaraq, hədəf qruplarına QHT-lər tərəfindən səyyar ödənişsiz xidmətlərin təşkilini nəzərdə tutur. QHT nümayəndələrinin nəqliyyat, gecələmə və qidalanma xərcləri qarşılanacaq, QHT-lər isə fəaliyyət göstərdikləri profil üzrə yerli əhaliyə ödənişsiz səyyar xidmət göstərəcək...