- Oğlum dediklərin çox gözəldi. Ancaq mən istiyirəm bir misal çəkim, olarmı?
-Əlbəttə olar ağsaqqal, buyurun?
Ömər kişi davam etdi…
- Oğlum bir gün Canavarı çağırıb dedilər ki, hazırlaş sabah səni kəndin qoyun növbəsinə göndərəcəyik. Bunu eşidən Canavar şaxsey deyib ağlamağa başladı. Dedilər ay Canavar niyə ağlayırsan? Canavar dedi ki, qorxuram bu dediyiniz yalan ola. İndi ay oğul məndə qorxuram bu dediyiniz hamısı yalan ola. Mən Ömər kişiyə diqqətlə qulaq asıb, cavab verdim:
- Ömər dayı, o ağlayan canavar pozitiv olsaydı sevindiyindən də ağlaya bilərdi, axır ki, arzularım gerçək olacaq deyə. Əgər inanmayıb ağlayıbsa deməli neqativ Canavar imiş, hər şeyə şübhə ilə baxırmış. İndi siz kəndin ağsaqqalı kimi bizə inanmalısınız ki, camaatı da inandıra biləsiniz.
Ömər kişi biraz fikirləşib dedi:
- Əgər bu dediklərinizi etsəniz mən bu söhbətimizi olduğu kimi yolun açılış mərasimində hamıya söyləyəcəm. Vaxt gəldi icmada prioritet seçilən yol layihəsi tamamlandı, Açılış mərasimində Ömər kişi sözünün üstündə durdu və çıxış edərək aramızda olan bu söhbəti hər kəsə söylədi. Bu hadisədən sonra hərdən bir Ömər kişiylə rastlaşırdıq. Bizi görəndə əziz bir adamı kimi salamlaşıb, hal-əhval tutur və mütləq bu söhbəti xatırladırdı.