“Təhsildə İdarəetmənin İctimailəşdirilməsinə Dəstək” Təşəbbüsü layihəsinin icrasına başlanılıb
Layihənin əsas ideyası hədəf məktəblərdə a) icma-məktəb (valideyn-müəllim, məktəb-valideyn, sahibkar-icma və s.) münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi və təkmilləşdirilməsiimkanlarının, b) icma üzvlərinin (icmada fəaliyyət göstərən sahibkarların, icmada yaşayan nüfuzlu şəxslərin, yerli hökumət orqanlarının, valideynlərin və s.) təhsil prosesində iştirakının artırılması üçün lazım olan mühit amillərinin müəyyənləşdirilməsindən və bu münasibətlərin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasından ibarətdir.
"Yerli hökumət və özünüidarəetmə orqanlarına dəstək” layihəsinin icrasına start verilib
"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın (FP) icrasında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsində "Yerli hökumət və özünüidarəetmə orqanlarına dəstək” layihəsinin icrasına başlamışdır. Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyasının maliyyələşdirdiyi Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) proqramı çərçivəsində həyata keçiriləcəkdir. Layihə 02 mart - 31 iyul 2022-ci il tarixini əhatə edir.
"İcma Səviyyəsində Sağlam Həyat Tərzi üzrə Maarifləndirmə və Narkotik Vasitələrdən İstifadə üzrə Profilaktiki Tədbirlərin Təşkili" layihəsi
Layihənin əsas ideyası yeniyetmə və gənclərin sağlam həyat tərzi keçirmələrinə, zərərli vərdişlərdən uzaq olmalarına və cəmiyyət üçün sağlam gənclərin yetişdirilməsinə töhfə vermək hədəfi üzərində qurulmuşdur.
Layihə məcburi köçkün ailələrinin kompakt yaşadığı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Qobu Park-1”, "Qobu Park-2” və "Qobu Park-3” yaşayış komplekslərində 4 ay müddətində (01 fevral- 01 iyun, 2022-ci il) həyata keçiriləcəkdir.
Layihənin əsas məqsədi məcburi köçkün icmalarında yaşayan yeniyetmə və gəncləri maarifləndirməklə zərərli vərdişlərin artma dinamikasını azaltmaq, narkomaniya və onun törətdiyi dəhşətli xəstəliklər barədə gənclərə müəyyən bilgilər verməklə onların sağlam həyat tərzini seçmələrinə dəstək verməkdir.
Layihə çərçivəsində hədəf ərzidə ilkin araşdırmalar aparılacaq, fokus qruplarla (valideynlər, gənclər, müəllimlər, QHT rəhbərləri və s.) 4 görüş keçiriləcəkdir. Növbəti mərhələdə isə sağlam həyat tərzi və narkomaniya ilə bağlı 16 maarifləndirici təlim təşkil ediləcək, mövzu ilə bağlı 1000 ədəd buklet hazırlanaraq ərazidə yaşayan məcburi köçkün icmasının üzvlərinə (valideynlər, müəllimlər, yeniyetmələr, gənclər və s.) paylanılacaqdır.
Layihə fəaliyyətləri nəticəsində hədəf ərazidə yaşayan 240 nəfər məcburi köçkün yeniyetmə və gənclərinin sağlam həyat tərzi və narkomaniya ilə bağlı bilikləri 30% artırılacaqdır.Təlimlərdə iştirak edəcək ərazidə yaşayan məcburi köçkün yeniyetmə və ya gəncləri təlimlərdən sonra tütündən istifadəni 5-10% azaldacaqlar. Layihədən ümumilikdə 940 nəfər (birbaşa 240 nəfər, dolayı 700 nəfər) faydalanacaqdır.
Qeyri-Hökumət Təşkilatlarının Dayanıqlıq İndeksi və İctimai Faydalılığı Məsələlərinin İctimailəşdirilməsinə dair Fəaliyyətin Təşkili layihəsi
2017-ci ilin iyul ayından "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Turizm və Menecment Universitetinin texniki dəstəyi ilə "Qeyri hökumət təşkilatlarının dayanıqlıq indeksi və ictimai faydalılığı məsələlərinin ictimailəşdirilməsinə dair fəaliyyətin təşkili” layihəsini həyata keçirməyə başlamışdır. Layihə 5 ay (İyul 1 – Dekabr 1, 2017) müddətində icra olunacaq.