Şərq Qərb İdarəetmə İnstitutu (ŞQİİ) "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) və Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz (ICNL) ilə strateji tərəfdaşlıqla Azərbaycanda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (ABŞ BİA) və Azərbaycan Hökumətinin birgə maliyyələşdirdiyi 5-illik Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SİİF) layihəsini həyata keçirmişdir. Sosial İqtisadi İnkişaf Fəaliyyətinin məqsədi icmalar tərəfindən müəyyən olunan infrastruktur layihələrə dəstək vermək və proqramın əhatə etdiyi və ətraf regionlarda sosial-iqtisadi inkişaf prioritetlərini və proqramları müəyyənləşdirmək üçün tərəfdaşların iştirakını gücləndirməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına töhfə verməkdir. Bütün bunlara bir-birini tamamlayan üç komponentin həyata keçirilməsi vasitəsilə nail olunmuşdur.
Birinci komponent çərçivəsində Şərq Qərb İdarəetmə İnstitutu Azərbaycanda iqtisadi inkişaf sahəsində aparıcı təşkilatlardan olan "Ümid” SİD İB ilə aşağıdakı fəaliyyətləri yerinə yetirmək üçün sıx əməkdaşlıq şəraitində işləmişdir:
-
Aran, Quba-Xaçmaz və seçiləcək üçüncü regionda 100-dən artıq İcma İnkişaf Şuralarını yaratmaq, yaxud yenidən formalaşdırmaq;
-
təlim, əlaqələrin qurulması, məlumat və təcrübənin bölüşdürülməsi vasitəsilə İcma İnkişaf Şuralarının bacarıqlarını artırmaq; və
-
həmin icmalarda 150 infrastruktur və 12 klaster layihələrinin icrasına dəstək vermək.
"Ümid" SİD İB "Azərbaycanda Sosial İqtisadi İnkişaf Fəaliyyəti" layihəsinin 1-ci Komponenti üzrə öhdəliklərin yerinə yetirilməsinə cavabdehdir.
İkinci komponent çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu və tərəfdaşları regionlarda sosial-iqtisadi inkişaf fəaliyyətlərini icra edən qeyri-hökumət, hökumət və özəl sektordan olan tərəfdaş təşkilatlar arasında sıx əlaqələr qurmuşdur.
Üçüncü komponent çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu və onun tərəfdaşları Azərbaycan Hökumətinin yerli və mərkəzi qurumlarına proqramın əhatə etdiyi rayonlarda və mərkəzdə vətəndaşların yerli və mərkəzi səviyyədə iştirakına imkan yaradan hüquqi çərçivənin hazırlanması və pilot olaraq dövlət və özəl sektor arasında əməkdaşlığın dəstəklənməsi də daxil olmaqla, social-iqtisadi inkişafa iştiraklı yanaşmanın hazırlanmasına və istifadə olunmasına kömək etmişdir.