BMT QAK-ın məcburi köçkünlərlə bağlı layihəsi çərçivəsində “Yevlax KOB evi”ndə Biznes Təlimləri keçirilib
Cari ilin fevral ayından icra edilən "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin başlıca məqsədi mövcud məcburi köçkün icmalarının dayanıqlığını artırmaq və onları İştiraklı İcma İnkişafı və Usta yanında Şagird Hazırlığı metodları vasitəsilə qarşıdakı qayıdış prosesinə daha yaxşı hazır olmaq üçün potensialı gücləndirməkdir.
“Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” e-xidməti istifadəyə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən növbəti elektron xidmət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektronlaşdırma proqramı çərçivəsində yeni "Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” elektron xidməti istifadəyə verilib. Geniş funksional imkanlara malik olan e-xidmət emas.sosial.gov.az internet portalında ayrıca bölmə kimi yaradılıb və hər bir sığortaolunana:
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi,
- hamiləlik və doğum,
- uşağa qulluq ilə bağlı sosial sığorta hadisələri baş verdiyi zaman ona ödəniləcək
sosial sığorta ödəməsinin məbləğini hesablamaq imkanı verir. Xidmətdən yararlanmaq üçün sığortaolunanlar:
1. emas.sosial.gov.az portalında
şəxsi kabinetə daxil olaraq "Sosial sığorta ödəmələrinin hesablanması
üzrə kalkulyator” bölməsinə keçid etməli;
2. Açılan pəncərədə sosial sığorta ödəməsinin növünü seçməli;
3. Seçilmiş sosial sığorta ödəməsinin növünə uyğun olaraq tələb olunan məlumatları müvafiq xanalara daxil etməlidir;
4. "Hesabla” düyməsi sıxıldıqda ona ödəniləcək sosial sığorta ödəməsinin məbləği ekranda əks olunacaqdır. Yeni e-xidmət elektron xidmətlərin
tətbiq dairəsinin genişləndirilməsinə, xidmətlərin keyfiyyət və
əlçatanlığının, sığortaolunanların sosial sığorta ödəmələri ilə bağlı
məlumatlılığının artırılmasına xidmət edir. 2021-ci ilin əvvəlindən Nazirlik
tərəfindən "Pensiya kalkulyatoru” elektron xidməti də istifadəyə verilib
və ötən dövrdə bu e-xidmətdən 2 milyon dəfədən çox istifadə edilib. Sosial sahədə son beş ildə geniş
elektronlaşma proqramı icra olunub və bu gün Nazirliyin 153 xidmətindən
140-dan çoxu (90 faizdən çoxu) artıq e-qaydada təqdim edilir. Həmçinin
50-dən çox proaktiv xidmət, 31 e-arayış xidməti yaradılıb.
Yeni tədris ilində Məktəb İnkişaf Şurasının fəaliyyət planı müzakirə olunub
2022-ci ilin dekabr ayından icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin əsas ideyası məktəb-icma münasibətlərini təkmilləşdirmək, beləliklə, məktəb nüfuzunun artırılmasına nail olmaq və effektiv məktəb mühitini formalaşdırmaqdır. Layihə çərçivəsində Türkan qəsəbəsi 262 saylı və Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəblərdə Məktəb İnkişaf Şurası formalaşdırılıb.
Qeyd: Elm və Təhsil Nazirliyi məqalənin məzmununa görə məsuliyyət daşımır.