Məktəb İnkişaf Şurasının təqdim etdiyi layihələrin nümayişi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 9 iyun 2023-cü il tarixində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 №-li tam orta məktəbdə Məktəb İnkişaf Şurasının təqdim etdiyi üç layihənin nümayişi keçirilib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Ermənistanın müharibə cinayətlərindən bəhs edən “İşgəncələr məbədi-Şuşa həbsxanası” adlı sənədli film hazırlanıb
"Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi ərsəyə gətirdiyi bu filmlə xarici ölkələrdəki vətəndaş cəmiyyəti təsisatlarını, insan hüquq və azadlıqlarını müdafiə edən beynəlxalq təşkilatları aşkara çıxan faktlara diqqət yetirməyə, onlar barəsində məsələlər qaldırmağa çağırış edir.
BMT QAK-ın məcburi köçkünlərlə bağlı layihəsi çərçivəsində Mingəçevir şəhər “Uşaq və Ailələrə Dəstək Mərkəzi”ndə tədbir keçirilib
28 May – Müstəqilliyimizin şərəf tarixidir
QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələrinin nəticələrini elan edib
https://ngoagency.gov.az/az/page/fealiyyet/qrant-musabiqeler
Məktəb İnkişaf Şuralarına Dayanıqlıq və İstismar Planı mövzusunda təlim keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 26 may 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262 nömrəli tam orta məktəbdə "Dayanıqlıq və İstismar Planı” mövzusunda 2 təlim keçirilib. Təlimlərdə dayanıqlıq anlayışı barədə ətraflı məlumatlar verilmiş, Məktəb İnkişaf Şurası üzvləri ilə həyata keçiriləcək layihələrin dayanıqlıq və istismarı ilə bağlı müzakirələr aparılmışdır. Təlimin nəticəsi olaraq hər iki icmada icra olunacaq layihələrin Dayanıqlıq və İstismar Planlarının ilkin variantları hazırlanmışdır.
Bu gün təhsildə nə dəyişməlidir?
Son dövrlər hazırkı nəslin təlim-tərbiyəsi və davranışları ilə əlaqədar tədqiqat xarakterli çoxlu məqalələr yazılır. Müxtəlif platformalarda bu məqalələr müzakirə olunur, sosial və ənənəvi mediada bir-birinə zidd olan fikirlər söylənilir. Hazırkı nəslin təlim-tərbiyəsi və davranışları ilə əlaqadar ciddi iradlar yazılır, dəyərlərimiz və mədəniyyətimizin gözümüz önündə əridiyi, dürüst həyat tərzinə alışmış nəsillərin isə gələcəkdə məhv olacağı iddia olunur. Bu iddiaları söyləyənlərin səmimiyyətinə və milli dəyərləri qorumaq kimi saf məramlarına inanmamaq mümkün deyil. Bu irad və tənqidlərdə milli-mənəvi dəyərlərin qorunması əsas süjeti təşkil edir. Qaldırılmış əsas məsələlər günün və gələcəyin prioritetidir, lakin dəyərlərimiz və milli mədəniyyətimizin dağılması, məhv olması kimi fikirlər qəbul edilməzdir. Bəli, zaman və texnologiya, virtual kommunikasiya, sürətli dəyişikliklər, fiziki və zehni sürətin artımı düşüncə və davranışda ciddi dəyişikliklərə səbəb olur. Lakin bu, məhv yox, ancaq dəyişiklikdir. Əsl dəyərlər əsrlərin sınağından çıxıb və indiki çətin zamanın da sınağından çıxacaq. Dürüst həyat tərzi isə kifayət qədər mübahisəli mövzudur. "Hansı zaman kəsiyində kimlərin həyat tərzi daha dürüst olub?” - sualına cavab çox çətindir. Dürüstlük isə həmişə mübarizə aparıb və aparacaq da. Aparılan müşahidələr və təhlillər göstərir ki, müasir gəncliyin böyük əksəriyyəti dürüstlüyü, vətənpərvərliyi və milli maraqları qoruya biləcək dəyərlərə sahibdir. Onlar bu dəyərləri öz qəhrəmanlıqları ilə sübut etdilər. Əlbəttə ki, istisnalar da mövcuddur, lakin bu istisnaları indiki gənc nəslə bütövlüklə aid etmək olmaz. Bir məsələnidə unutmayaq ki, gəncliyə inanmaq lazımdır, onları biz yetişdirmişik və biz də qorumalıyıq.
Məqalənin davamı üçün aşağıdakı linkə keçid edin:
https://www.muallim.edu.az/news.php?id=25082&fbclid=IwAR0viPcwu3eGZORa_G5V8w5cAbRxkCGLc_oDA7YruRf_sYu456YsLAhm-1Y
“Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin təqdimatı keçirilib
Məktəb İnkişaf Şurası ilə növbəti dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 8 may 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262 nömrəli tam orta məktəbdə dəyirmi masalar keçirilib. Dəyirmi masada Məktəb İnkişaf Şuraları tərəfindən təqdim olunan və maliyyələşdirilmə üçün seçilmiş layihələr üzrə nəzərdə tutulmuş xərclərin düzgün aparılma qaydaları müzakirə olunub.