Naftalanda “QHT-lərin II İnkişaf və Mübadilə Proqramı”nın açılışı olub
3 gün davam edəcək təlim çərçivəsində peşəkar təlimçilər tərəfindən QHT-lərə keyfiyyətli layihə yazılışı və idarəedilməsi vərdişləri öyrədiləcək, beynəlxalq layihə yazılışı standartları tətbiq edilməklə, qrup işləri təşkil olunacaq.
Təlimçilər - ADA Universitetinin dosenti Anar Vəliyev və Avropa Komissiyasının beynəlxalq eksperti Vüsal Behbudov proqram ərzində keçiriləcək mövzular, təlimin strukturu və gözləntilər barədə məlumat veriblər.
Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə agentliyin sertifikatları təqdim olunacaq.
İcma: Fransanın Ermənistanın tələbini dəstəkləməsi beynəlxalq hüquqa və insan haqlarına təhqirdir
“Ümid” SİD İB “Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsinin icrasına başlayıb
Naxçıvan QHT-ləri beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
Beynəlxalq birlik Naxçıvandakı dinc sakinlərin problemlərinin, eyni zamanda blokadanın aradan qaldırılması üçün heç bir addım atmayıb və Ermənistana bu məsələdə heç bir təzyiq etməyib. Niyə bu illər ərzində bizim haqq səsimiz eşidilməyib?
Ermənistan hələ də Naxçıvan əhalisini, yaşayış məntəqələrini müntəzəm atəşə tutur. Əgər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və onun layiqli davamçısı, Prezident İlham Əliyev olmasa idi, Naxçıvan da Qarabağ kimi işğal olunardı..."
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin ilkin və aralıq nəticələri ilə bağlı ictimai müzakirə keçirilib
Tədbirdə ölkəmizdə aparılan təhsil islahatları, təhsil sistemində fəaliyyətlərin elektronlaşdırılması, qeyri-hökumət təşkilatlarının aparılan islahatlarda rolu, mövcud vəziyyət və gələcək perspektivlər mövzusunda iştirakçılara geniş məlumat verilib. Eyni zamanda Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər haqqında ətraflı məlumat diqqətə çatdırılıb.
BMT QAK-ın məcburi köçkünlərlə bağlı layihəsi çərçivəsində Mina Təhlükəsinə dair Maarifləndirmə Təlimləri keçirilib
Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların ailələri BMT-yə müraciət ediblər
1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.
Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Qərbi Azərbaycan İcması və Azərbaycanın digər vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət edib
Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. "Təlatümlü XX əsrdə etnik azərbaycanlılar Ermənistan tərəfindən amansızcasına ağlasığmaz vəhşiliklərə, deportasiyalara və müxtəlif təqiblərə məruz qalmışdır ki, bunlar azərbaycanlıların xatirələrində dərin iztirab və sağalmaz izlər buraxıb. 1987-1991-ci illərdə azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulması onların vaxtilə öz ata-baba yurdları olmuş ərazilərdən izlərinin silinməsi məqsədilə aparılan bir əsrlik kampaniyanın dəhşətli sonu oldu. Bir vaxtlar Azərbaycan mədəniyyətinin çiçəklənən beşiyi olmuş, indiki Ermənistandakı Azərbaycan məskənləri əsl sahiblərinə həsrət içində tərk edilmiş qalıb. Bu vəhşiliklər azmış kimi, Ermənistan 1991-1994-cü illərdə Azərbaycan ərazilərini işğal edərək xalqımızı daha acı iztirablara düçar etdi. 800 minə yaxın azərbaycanlı öz yurd-yuvasından vəhşicəsinə qovulmuş, məcburi köçkünlüyün acı taleyini yaşamalı olmuşdur. Azərbaycanlıların qəbiristanlıqları, müqəddəs məkanları nümayişkaranə şəkildə dağıdılmış, mədəni irsi təhqir olunmuş, onlara sağalmaz yaralar vurulmuşdur. Ermənistanın vəhşiliyi sərhəd tanımamışdır. Ermənistan Azərbaycanın dinc vətəndaşlarına qarşı çoxsaylı qırğınlar törətmiş, 20 mindən çox günahsız insanın həyatına son qoymuşdur. Bu günə qədər itkin düşmüş 4000 nəfərin naməlum taleyi Azərbaycan xalqının çəkdiyi acı kədər və iztirabların ağrılı bir yaddaşına çevrilmişdir. Doğma yurdlarından didərgin salınmış yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün çadır düşərgələrində heç bir rahatlıq olmadan ağlasığmaz həyat şəraitində yaşamalı olmuşdur. Bu uzun sürən məcburi köçkünlük ailələri bir-birindən ayrı salmış, icmaların sosial bağlarını qırmış, onları ümidsizlik və qeyri-müəyyənliklə üz-üzə qoymuşdur..."