Şəxsiyyəti müəyyən edilmiş Xocalı soyqırımı itkinlərindən 7 nəfərin
qalıqları bu gün doğma Xocalıda torpağa tapşırılıb. Onlar aşağıdakı
şəxslərdir:
1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933;
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933;
3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974;
4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;
5. Cavadov Əli Müsül oğlu - 15.06.1954;
6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955;
7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü.
Xocalıda şəhidlərin dəfn mərasimində dövlət qurumlarının təmsilçiləri,
ictimaiyyət nümayəndələri, o cümlədən bir sıra QHT rəhbərləri də iştirak
edib. Dəfn mərasimindən sonra ərazidə soyqırımı qurbanlarının anım
tədbiri keçirilib. Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun
Xocalı şəhidlərinin qisasını aldığını, ədaləti təmin etdiyini, müharibə
cinayətkarlarının artıq Azərbaycan məhkəmələri qarşısına çıxarılmasına
başlandığını vurğulayıb. Xocalı şəhidlərinin ailə üzvləri Xocalıda
yaxınlarının qalıqlarının tapılaraq dəfn edilməsini tarixi hadisə, böyük
təskinlik adlandırıblar, onlar məhz Prezident İlham Əliyevin qətiyyətli
siyasəti nəticəsində bütün bunlara nail olunduğunu bildiriblər.
Mərasimdə çıxış edən "Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri,
itkin qardaşının taleyindən hələ də
Xocalı itkinlərindən şəxsiyyəti müəyyən edilmiş soyqırımı qurbanları bu gün Xocalıda dəfn olunub
xəbərsiz olan Könül Behbudova qeyd edib ki, bu gün Xocalıda keçirilən
dəfn mərasiminin böyük rəmzi mənası var, bu, Azərbaycan dövlətinin hər
bir itkinin taleyinə aydınlıq gətirilməsi əzmini və iradəsini nümayiş
etdirir. O, illərlə gözləri yollarda qalan minlərlə itkin ailələrinin bu
gün heç vaxt olmayan qədər ümidli olduğunu, Azərbaycan QHT-lərinin də
dövlət qurumları ilə yanaşı, itkinlərin, əsir və girovların taleyinə
aydınlıq gətirilməsi, Ermənistanın soyqırımı cinayətlərinin ifşası üçün
fəal iş apardığını bildirib.