"Peşakar öyrənmə mərkəzlərinə/icmalarına” çevrilmək istəməyən məktəb isə rəqabətə davam gətirməyəcək və öz bilik mənbələri olmaq statusunu da itirməyə məhkumdurlar.
İsrayıl İsgəndərov: Nəsillər və Nəsillər nəzəriyyəsi nədir?
"Nəsillər - bir xronoloji zaman aralığında anadan olan, analoji şərtlərdə yaşayıb böyüyən ictimai insanlar qrupudur. Nəsillər nəzəriyyəsi - tarixdə zaman dövrlərinə xas olan xüsusiyyətlərin, həmçinin müəyyən xronoloji zaman aralıqlarında anadan olan insanların dünyagörüşünün təsviridir. Nəsillər nəzəriyyəsinin yaranmasına təsir edən amillərdən biri də dünyada yaşanan iqtisadi "yelləncək"dir: stabillik, defolt, inflyasiya, yüksəliş, pandemiya və s. Hər bir zaman hadisəsindən sonra insanların adət etdikləri komfort səviyyəsi dəyişir, ixtisas sahələri yaranır və yox olur, cəmiyyətin nəyəsə tələbatı artır və ya azalır..."
“Ümid” SİD İB hədəf məktəbdə dəyirmi masa keçirib
Azərbaycan qeyri-hökumət təşkilatlarının Ermənistanın törətdiyi mina terroru ilə bağlı BƏYANATI
ETN-nin layihəsi çərçivəsində Məktəb İnkişaf Şurası ilə dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 3 aprel 2023-cü il tarixində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 nömrəli tam orta məktəbdə Məktəb İnkişaf Şurası ilə dəyirmi masa keçirilib. Dəyirmi masada İcma anlayışı və məktəbin həyatında icmanın rolu mövzusunda müzakirələr aparılıb.
BMT QAK-ın məcburi köçkünlərlə bağlı layihəsi çərçivəsində hədəf icmaların seçim iclası keçirilib
İsrayıl İSGƏNDƏROV: “Ölkədə effektiv təhsil liderlərinin formalaşdırılması istiqamətində müəyyən işlər görülür”
Məcburi köçkün icmalarında ilkin araşdırma və məlumatlandırma görüşləri keçirilib

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində 13 - 17 mart 2023-cü il tarixləri ərzində Yevlax və Goranboy rayonları üzrə 7 məcburi köçkün icmasında 7 ilkin araşdırma və məlumatlandırma görüşləri keçirilib (iştirakçıların sayı: 135 nəfər, o cümlədən: 76 kişi, 69 qadın, 25 gənc). Görüşlərdə icra edilən layihə barədə icma üzvlərinə ətraflı məlumatlar verilib, müvafiq məlumatlar toplanılıb və əməkdaşlıq imkanları müzakirə edilib.
“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində növbəti görüş keçirilib
AMEA-da Elm gününə həsr olunmuş tədbir keçirilib
Tədbir AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin "Azərbaycan Milli Elmlər Akademiyası: zaman və müasirlik” mövzusunda giriş nitqi ilə başlayıb. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən ölkəmizdə 27 Mart – Elm Gününün təsis edildiyini xatırladan akademik İsa Həbibbəyli bu əlamətdar günün təkcə AMEA-ya deyil, həmçinin Elm və Təhsil, Səhiyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı və digər nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarına, ümumilikdə respublikanın bütün elmi qurumlarına və ali məktəblərinə aid olduğunu deyib. AMEA rəhbəri Azərbaycan elminə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlığını bildirib.