Beynəlxalq Qırmızı Xaç Komitəsinin adının separatçılarla bir yerdə çəkilməsi çox böyük təəssüf doğurur
“Təhsilalanların ictimai-sosial fəallığının artırılması” layihəsi çərçivəsində hədəf məktəblərdə ilkin görüş keçirilib
İƏT beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımamağa çağırıb
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti “seçki” təxribatını pisləməyə çağırır
Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür
“Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı növbəti görüş keçirilib
Görüşdə dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli tərəfdaşlıq münasibətlərinin təşviqi, əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, inkişafı məsələləri ətraflı müzakirə edilib.
“Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı görüş keçirilib
30 avqust – Türkiyənin Zəfər bayramı
Avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər
bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal
Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək
zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib. Türkiyəni
30 avqust zəfərinə və Cümhuriyyətə aparan yol çox çətin və mürəkkəb
olub. 1920-ci ilin avqustunda Birinci Dünya müharibəsində ağır
məğlubiyyətə düçar olan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr
şəhərində müttəfiq Qərb dövlətləri (Britaniya, Fransa, ABŞ) tərəfindən
masaya qoyulan təslimçi sazişə imza atmalı olmuşdu. Həmin sazişə görə,
Osmanlı imperatorluğu 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o
cümlədən indiki Türkiyənin böyük bir hissəsini itirirdi... Mustafa
Kamal Paşanın rəhbərliyi ilə Qurtuluş savaşına qalxan Türkiyə xalqı
İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla
qarşıladı, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi onu
təsdiqləməkdən imtina etdi. Türk millətinin və Türkiyə dövlətçiliyinin
var olduğunu dünyaya və Qərb müttəfiqlərinə qəbul etdirmək üçün isə hər
şeydən öncə hərb meydanında zəfər lazım idi. 1921-ci ildə
qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş
etdirmişdi. 1922-ci ilin avqustundakı "Böyük Taarruz” ("Böyük Hücum”)
zəfərinin təməli də Sakarya savaşında qoyulmuşdu...
Bu gün Beynəlxalq İtkinlər Günüdür
Bu günün qeyd edilməsi hüquqları pozulmuş itkinlərin taleyi haqqında ictimaiyyətin maarifləndirilməsi məqsədi daşıyır.
Beynəlxalq İtkinlər Günü üzv dövlətlər, bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatları itkinlərin taleyinə hər kəsin diqqətini cəlb etmək üçün müxtəlif tədbirlər keçirirlər.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.
İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülmüş və ya işğal edilmiş ərazilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.
Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb...
“QHT-lərin II İnkişaf və Mübadilə proqramı”na yekun vurulub
Təlimçilər - ADA Universitetinin dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov iştirakçılara yüksək motivasiya və fəallıq nümayiş etdirdikləri üçün təşəkkür ediblər.
Eyni zamanda, təlim iştirakçıları proqramla bağlı təəssüratlarını bölüşərək bildiriblər ki, əldə etdikləri bilik və bacarıqlar onlara daha səmərəli formada işlərini təşkil etməkdə güclü metodiki dəstək olacaq.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi təlimləri uğurla başa vuran iştirakçılara sertifikatları təqdim edib.
Qeyd edək ki, "QHT-lərin I İnkişaf və Mübadilə proqramı” ötən il Mingəçevirdə keçirilmişdi. Ümumilikdə bölgələrdə təşkil olunan bu proqramlarda 218 QHT iştirak edib.
Agentlik QHT-lərin inkişafı naminə dövlət dəstəyini regionların və ictimai birliklərin ehtiyaclarını nəzərə almaqla, bundan sonra da davam etdirəcək.