“Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı görüş keçirilib
06
sentyabr 2023-cü il tarixdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyində ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) məsul əməkdaşının
iştirakı ilə "Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında
əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi”
ilə bağlı qarşılıqlı görüş keçirilib. Görüşdə Azərbaycan
Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, İcraçı direktorun müavini
Emil Çaparlı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
departament rəhbəri Elnur Bağırlı, Dövlət Proqramlarının və Dövlət
İnformasiya Sistemində fəaliyyətlərin təmin edilməsi üzrə menecer Natiq
Lahıcov və ABB-nin Korporativ kommunikasiya şöbəsinin müdiri Yedgar
Cəfərov iştirak ediblər. Görüşdə dövlət-özəl və qeyri-hökumət
təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi,
inkişaf etdirilməsi və təşviqi müzakirə edilib, həmçinin mövzu ətrafında
müzakirələr aparılıb.