Kolumbiya mətbuatı erməni vəhşiliklərinə göz yummamağa çağırır

Kolumbiya mətbuatı erməni vəhşiliklərinə göz yummamağa çağırır
Kolumbiyanın məşhur "Atlantik” radiosunun internet səhifəsində "Ermənistan-Azərbaycan, Qarabağ müharibəsinin digər üzü” başlıqlı məqalə dərc olunub.
Məqalədə kolumbiyalı jurnalist Paola Varqas ölkəmizə səfəri zamanı işğaldan azad olunmuş ərazilərdə şahidi olduğu vəhşiliklərdən söhbət açır, məqsədinin "Azərbaycanın üzləşdiyi barbarlığı” oxucuların diqqətinə çatdırmaq olduğunu bildirir.
Jurnalist qeyd edir ki, otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Qarabağda törədilən ağlasığmaz vəhşiliklərin izləri hələ də qalır. Viran qoyulmuş, dağıdılmış və minalarla çirkləndirilmiş bu ərazilərin yenidən qurulması və bərpası kifayət qədər vaxt tələb edir.
P.Varqas erməni işğalından öncə dinamik həyata və sosial-iqtisadi inkişafa malik Azərbaycan şəhərlərinin xarabalığa, "kabus şəhər"ə çevrilməsindən dəhşətə gəldiyini, Gəncə şəhərində yaşayış məntəqəsinə raketlərlə hücumun həyata keçirildiyi yerdə gördüklərinin onu daha da hiddətləndirdiyini vurğulayaraq qeyd edib: "Ermənistanın günahsız insanlara hücum etməkdə məqsədi nə idi? Niyə beynəlxalq kütləvi informasiya vasitələrində bu həqiqətlərdən danışılmır?”...

Beynəlxalq Qırmızı Xaç Komitəsinin adının separatçılarla bir yerdə çəkilməsi çox böyük təəssüf doğurur

Beynəlxalq Qırmızı Xaç Komitəsinin adının separatçılarla bir yerdə çəkilməsi çox böyük təəssüf doğurur
Dünyada humanitar missiyalı üstqurum olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin adının Ermənistan dövləti və separatçılarla bir yerdə çəkilməsi çox böyük təəssüf doğurur. Çətin vəziyyətdə olan insanlara yardım göstərmək kimi xeyirxah bir işi yerinə yetirməli olan bu beynəlxalq təşkilat Vətən müharibəsi günlərində də ikili standartlar yürüdüb. Onların erməni əsirlərinin Füzulidən çıxarmağa çalışması, Laçın-Xankəndi yolu ilə qeyri-qanuni olaraq silah və sursat daşıması və digər qanunsuz daşımaların həyata keçirməsi təşkilatın adı ilə əməlinin uyğun gəlmədiyinin göstəricisidir.
Bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu deyib.
Fondun rəhbəri daha sonra bildirib: "Son günlər Qarabağ iqtisadi regionunda baş verənlər separatçıların niyyətlərini, onların arxasında olan müəyyən beynəlxalq təşkilat və dövlətlərin tamaşa quraraq guya ermənilərin uzun müddət ac qaldıqları, onların "humanitar fəlakətlə” üzləşdiklərini deyirlər. Əgər bir kəndin və ya qəsəbənin sakinləri aclıqdan əziyyət çəkirsə, onun uşağına, yaşlı sakininə, qocasına və xəstəsinə ünvanlanan ərzaq və qidalar niyə qəbul olunmamalıdır?...

“Təhsilalanların ictimai-sosial fəallığının artırılması” layihəsi çərçivəsində hədəf məktəblərdə ilkin görüş keçirilib

 “Təhsilalanların ictimai-sosial fəallığının artırılması” layihəsi çərçivəsində hədəf məktəblərdə ilkin görüş keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) tərəfindən icra olunan "Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi çərçivəsində 11 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı və Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəblərdə məktəb administrasiyası ilə görüş keçirilib. Görüşdə layihənin əsas ideyası, eləcə də layihədə nəzərdə tutulan vəzifələr haqqında rəhbərliyə və aidiyyətə şəxslərə məlumat verilib.
Cari ilin avqust ayından icra olunan sözügedən layihənin əsas məqsədi ümumi maraqları, çətinlikləri və məqsədləri uyğun gələn təhsilalanları və onların qruplarını öz problemlərini müəyyənləşdirə və prioritetləşdirə bilən qruplar/klublar səviyyəsində inkişaf etdirməkdir. Layihə çərçivəsində "Film Yaradıcıları və Fotoqrafiya”, "İncəsənət və Mədəniyyət”, "Ədəbiyyat və Poeziya”, "Eko klubu”, "Musiqi və Dram (teatr)” və s. adlı ən az 4 qrup/klubun yaradılması nəzərdə tutulur.

İƏT beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımamağa çağırıb

İƏT beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımamağa çağırıb
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma "seçkilər”i tanımamağa çağırıb.
Təşkilatın bununla bağlı yaydığı bəyanatda deyilir: "Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşən beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsində keçirilən qondarma "seçkilər” regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım BMT Təhlükəsizlik Şurasının, İƏT-in qətnamələri və ATƏT-in prinsipləri daxil olmaqla, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
İƏT Baş Katibliyi Azərbaycanın və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir vaxtda keçirilən bu "seçkilər”i danışıqlara xələl gətirən addım kimi qiymətləndirir.
Baş Katiblik Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulması olan bu qeyri-legitim "seçkilər”i tanımır. O, BMT-ni və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa, Ermənistanın regionda kövrək normallaşma səylərinə təhlükə yaradan addımlar atmasının qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırır.
Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyən İƏT tezliklə davamlı sülh sazişinin imzalanmasının regionda sülhə və sabitliyə böyük töhfə verəcəyinə inanır”.

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti “seçki” təxribatını pisləməyə çağırır

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti “seçki” təxribatını pisləməyə çağırır
Qərbi Azərbaycan İcması Ermənistanın Azərbaycanın suveren ərazilərində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən "prezident seçkiləri”nin keçirilməsi ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.
Müraciətdə deyilir: "Son günlər şərti dövlət sərhədinə canlı qüvvə və hərbi texnika cəmləşdirən Ermənistan daha bir təxribata əl atmışdır. Ermənistanın Azərbaycanın suveren ərazilərində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən "prezident seçkiləri”nin keçirilməsi bölgədə vəziyyəti daha da gərginləşdirir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu "seçki” təxribatını kəskin şəkildə pisləməyə çağırır.
Bu xüsusda, Ermənistanın baş nazirinin yenə dünya liderlərinə telefon zəngləri, "Azərbaycanla təcili danışıqlara hazırıq” açıqlaması qeyri-səmimidir. Əgər Nikol Paşinyan həqiqətən də sülhdə maraqlıdırsa, onda Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmalı, qeyri-qanuni silahlı dəstələr tərksilah edilməli və qayıdış ilə əlaqədar Qərbi Azərbaycan İcması ilə təmaslara başlanılmalıdır”.

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür
Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.
Bu il Beynəlxalq Savadlılıq Günü "Keçid dövründə dünyada savadlılığın təşviqi: Dayanıqlı və sülhsevər cəmiyyətlər üçün təməlin qurulması” devizi altında qeyd olunur.
UNESCO-nun Baş direktoru Odre Azule Beynəlxalq Savadlılıq Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunur ki, savadlılıq təkcə fərdlərə deyil, bütövlükdə cəmiyyətə uğur qazandırır. Savadlılıq başqaları ilə ünsiyyətin açarıdır və hər kəs üçün cəmiyyətə sərbəst inteqrasiya etməyə imkan yaradır. Dünyada savadlılıqla bağlı 40 il ərzində mühüm irəliləyiş əldə olunub: 3,6 milyard insan oxumağı və yazmağı öyrənib. Əgər 1979-cu ildə insanların yalnız 68 faizi yazıb-oxumağı bacarırdısa, 2020-ci ildə bu göstərici 86,7 faizə çatıb. Lakin dünyada 244 milyon məktəb yaşlı uşaq hələ də məktəbə getmir. Eyni zamanda, 773 milyon gənc və yaşlı insan hələ də baza savadına malik deyil, onların üçdə ikisi qadınlardır...

“Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı növbəti görüş keçirilib

“Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı növbəti görüş keçirilib
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində "Azərbaycan Hava Yolları” CJSC ilə "Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı görüş keçirilib.
Görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov,  Agentliyinin departament rəhbəri Elnur Bağırlı, Agentliyin Dövlət Proqramlarının və Dövlət İnformasiya Sistemində fəaliyyətlərin təmin edilməsi üzrə meneceri Natiq Lahıcov və "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat katibi Nərmin Xəlilova iştirak ediblər.
Görüşdə dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli tərəfdaşlıq münasibətlərinin təşviqi, əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, inkişafı məsələləri ətraflı müzakirə edilib.

“Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı görüş keçirilib

“Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı görüş keçirilib
06 sentyabr 2023-cü il tarixdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) məsul əməkdaşının iştirakı ilə "Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı qarşılıqlı görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, İcraçı direktorun müavini Emil Çaparlı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin departament rəhbəri Elnur Bağırlı, Dövlət Proqramlarının və Dövlət İnformasiya Sistemində fəaliyyətlərin təmin edilməsi üzrə menecer Natiq Lahıcov və ABB-nin Korporativ kommunikasiya şöbəsinin müdiri Yedgar Cəfərov iştirak ediblər. Görüşdə dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi və təşviqi müzakirə edilib, həmçinin mövzu ətrafında müzakirələr aparılıb.

30 avqust – Türkiyənin Zəfər bayramı

30 avqust – Türkiyənin Zəfər bayramı

Avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib. Türkiyəni 30 avqust zəfərinə və Cümhuriyyətə aparan yol çox çətin və mürəkkəb olub. 1920-ci ilin avqustunda Birinci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Qərb dövlətləri (Britaniya, Fransa, ABŞ) tərəfindən masaya qoyulan təslimçi sazişə imza atmalı olmuşdu. Həmin sazişə görə, Osmanlı imperatorluğu 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən indiki Türkiyənin böyük bir hissəsini itirirdi... Mustafa Kamal Paşanın rəhbərliyi ilə Qurtuluş savaşına qalxan Türkiyə xalqı İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşıladı, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi onu təsdiqləməkdən imtina etdi. Türk millətinin və Türkiyə dövlətçiliyinin var olduğunu dünyaya və Qərb müttəfiqlərinə qəbul etdirmək üçün isə hər şeydən öncə hərb meydanında zəfər lazım idi. 1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş etdirmişdi. 1922-ci ilin avqustundakı "Böyük Taarruz” ("Böyük Hücum”) zəfərinin təməli də Sakarya savaşında qoyulmuşdu...

Bu gün Beynəlxalq İtkinlər Günüdür

Bu gün Beynəlxalq İtkinlər Günüdür
Bu gün Beynəlxalq İtkin Düşmüş Qurbanlar Günü və ya Beynəlxalq İtkinlər Günüdür. Bu təqvim 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib.
İtkin düşmək əsasən terror, siyasi müharibələr və ya diktatura rejimlərində insanların zorla qaçırılmasıdır. Çox təəssüf ki, hazırda zorla qaçırılma qlobal problemə çevrilib.
Bu günün qeyd edilməsi hüquqları pozulmuş itkinlərin taleyi haqqında ictimaiyyətin maarifləndirilməsi məqsədi daşıyır.
Beynəlxalq İtkinlər Günü üzv dövlətlər, bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatları itkinlərin taleyinə hər kəsin diqqətini cəlb etmək üçün müxtəlif tədbirlər keçirirlər.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.
İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülmüş və ya işğal edilmiş ərazilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.
Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb...


Yuxarı