"Azərbaycanın
suverenliyinin tam bərpası prezident seçkilərinin keçirilməsinin labüdlüyünü şərtləndirən
əsas amildir”. Bunu secki-2024.az saytına açıqlamasında "Ümid” Sosial İnkişafa
Dəstək İctimai Birliyinin icraçı direktoru İsrayıl İsgəndərov deyib.
O qeyd edib ki, bu seçkilər Azərbaycanın tam müstəqilliyini həzm edə bilməyənlərə qarşı ən doğru və tutarlı cavabdır.
"Hazırkı dövrdə Azərbaycanda seçkilərin keçirilməsi üçün ən əlverişli şərait formalaşıb. Vətəndaş cəmiyyətinin bir nümayəndəsi, ölkədə icmalarla işləyən təcrübəli QHT-dən biri olan təşkilatın rəhbəri, müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edən vətəndaş cəmiyyəti eksperti kimi əminliklə deyə bilərəm ki, işlədiyimiz icmalarda müşahidələrimiz göstərir ki, ölkə əhalisi böyük qələbədən, Qarabağa qayıdış prosesinin başlamasından, ölkənin beynəlxalq nüfuzunun artmasından ruhlanaraq seçki məntələrinə daha həvəslə gedəcək, seçici aktivliyi əvvəlki seçkilərə nisbətən daha yüksək olacaq, seçicilər öz seçimində daha doğru qərar verəcəklər”, - deyə İsrayıl İsgəndərov fikrini bildirib.
Seçkilərin şəffaflığının təmin olunması imkanları haqqında danışan İctimai Birliyin icraçı direktoru əlavə edib ki, bütün əvvəlki seçkilərə nisbətən QHT sektoru bu seçkilərdə daha fəal olacaq: "Çünki 6 mindən çox QHT təmsilçisinə prezident seçkilərini izləmək üçün müşahidəçilik vəsiqəsi təqdim olunub. Ölkə ərazisində müşahidə aparacaq QHT-lərin sayı bu dəfə 2018-ci ildə keçirilmiş prezident seçkiləri ilə müqayisədə təxminən 4 dəfə çoxdur”.